25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Casus ordinarius... YAZI

Azərbaycanda idmançılara həmişə 2-ci, 3-cü dərəcəli sinif kimi baxıblar. Bunun obyektiv səbəbləri də var, subyektiv səbəbləri də. Obyektiv səbəbi idmançının, əlxüsus futbolçuların, özləri günahkardı. Günahları isə ictimailəşməməkləri, ictimai yükü olan məsələlərə münasibət bildirməmələri, suallardan qaçmaqlarıdı.

2013-cü ildə Portuqaliyalı Kriştiano Ronaldonun İsrail yığmasının futbolçuları ilə görüşməməsi, ardınca fələstinli uşaqlara dəstək olması dünya mediasının əsas xəbərlərindən oldu. Adam səhv və ya düz, ictimai mövqe sərgilədi. Rusiya dumasında idmançıların say hesabı ilə azlıqda olmaması öz peşələrinə hörmətdən irəli gələn məsələlərdəndir.

Fikirləşə və deyinə bilərsiz ki, müqayisə yersizdi, hardan hara gəlib, kimi kimlə müqayisə etməyə cəhd edir, filan. Lakin və amma istənilən müqayisə yanlışdı. Və mənim kimisə kimləsə müqayisə etmək kimi fikrim yoxdur. Sadəcə, misal olaraq göstərmək istəyirəm: idmançıların 2-ci, 3-cü sinif kimi görsənməklərinin ən başlıca günahkarı özümüzük. Çünki idmançını kompleksə salan bizlərik. Ağzını açmağa imkan vermirik, nəsə fikir bildirində “əşşi, gedib topunu qovsun, onun dediyi kimə lazımdı” yanaşması idmançıyla cəmiyyət arasında böyük uçurum yaradıb.

Bu uçuruma körpü olmaq istəyənin aqibəti isə göz önündədir - 4 il. Futbolçu üçün 4 il böyük vaxtdı. Itirilmiş 4 il.

Hər şey qələbədən başladı. Əvvəl Azərbaycan bayrağı, sonra Türkiyə bayrağı və sonda “bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun məni Avropa meydanlarında təmsil etməsini istəmirəm” ibarəsi. Nəticə - exitus letalis (ölümcül sonluq).

Cavidin Hüseynovu (artıq Cavid haqqında xüsusi tanıtım verməyə ehtiyac yoxdu) futbolçu kimi tanıdım, ictimai mövqeyi olan birisi kimi isə kəşf elədim. Kiməsə və yaxud kimlərəsə bu cümləm xoş gəlməyə bilər. Cavidi cinayətkar kimi əvvəl gündən görmədim. Şükür ki, Cavidin üzərində qurulan divanda bunu gördük.

Cinayət prosessual qanunvericilik istintaqçının səhv edə bilməsini onun daxili inamına (yəni vicdanın üzərinə) buraxır. Lakin “daxili inam”ı hakimə tanımır. Hakimin üzərinə dura lex, sed lex (qanun sərtdir, amma bu qanundur) vəzifəsi qoyur. Lakin və amma hakim prosesdə özünü dictum factum (deyilib - edilib) kimi göstərdi. Buna ittiham aktının notarius kimi qeyd şərtsiz hökm adıyla təsdiq etməklə də göstərdi. 

İtirən isə yenə də cəmiyyət oldu. İllərdi gözlədiyim işıq, sadəcə bir qığılcım oldu. Tez söndü. Üstünə su töküb söndürdük. Cavid Türkiyənin deyil, lap Şimali Koreyanın da bayrağını qaldırsaydı, onu alqışlamaq lazım idi. Çünki mövqe ortaya qoymuşdu.

P.S.  Ad augusta per angusta (Zirvəyə aparan yol çətin olur)

Mehman MURADLI

   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30