20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Doblasla müqaviləni artırsaq, bunu elə Bakıda edərik də..."

Braziliya mətbuatında "Xəzər Lənkəran"ın bu ölkənin vətəndaşı olan 33 yaşlı qapıçı Duqlas Leyte ilə maraqlandığı, eləcə də İspaniya KİV-ində Toni Doblasın komanda ilə yeni müqavilə imzaladığı haqda xəbərlər yayılsa da, bu, həqiqəti əks etdirmir. Futbolxeber.az saytına verdiyi açıqlamada Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu belə deyib.

Klub rəsmisi yayılan xəbərləri təsdiqləməyib: "İndi hər ölkənin mətbuatı bir xəbər yayır. Lakin rəsmi olaraq bu xəbəri təkzib edirəm. Belə bir şey yoxdu. İspaniya mətbuatı yazır ki, guya Doblasla Almaniyada yeni müqavilə imzalayacağıq. Doblasla müqaviləni artırsaq, bunu elə Bakıda edərik də, daha Almaniyada niyə müqavilə imzalayırıq?"

Doblasın "Xəzər Lənkəran"la 2013-cü ilin sonuna kimi müqaviləsi olduğunu bildirən H.Cəbrayıloğlu komandanın Almaniyada keçirəcəyi yoxlama oyunlarından da söz açıb: "Orada 2 oyun keçirəcəyik. Rəqiblərimizin adları, eləcə də oyunların dəqiq tarixləri qarşıdakı 1-2 gündə müəyyənləşəcək". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30