29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynovla bağlı hökmdə yanlışlıq: Şahidin fikirləri təhrif olunub

Mayın 31-də Səbail Rayon Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı hadisəni gizlətməkdə ittiham olunaraq həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə son məhkəmə prosesi keçirildi. Hakim Elmar Rəhimov yekun qərarı açıqlayaraq, Cavid Hüseynovu günahkar elan edərək, futbolçuya 4 il həbs cəzası verildi.

Cavid Hüseynov haqda hökmün oxunmasından 1 həftədən artıq vaxt keçsə də, bu məsələ hələ də müzakirə olunur. İstər futbol ictimaiyyəti, istər sosial şəbəkələr, istərsə də sıravi vətəndaşlar arasında Cavidin günahkar olub-olmaması haqda xeyli fikirlər səslənir.

Futbolxeber.az saytı sözügedən məsələ ilə bağlı ilginc məlumat əldə edib. Belə ki, “Qəbələ”nin sabiq kapitanı ilə bağlı çıxarılan hökmdə səhv olduğu ortaya çıxıb.

Hökmdə mərhum Rasim Əliyevin dostu Aydın Mahmudovun məhkəmədə verdiyi ifadə də yer alıb. Həmin ifadəni kiçik ixtisarlarla təqdim edirik:

- Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Mahmudov Aydın Azər oğlu bildirmişdir ki, Rasim Əliyev onun yaxın dostu olmuşdur. Belə ki, 08 avqust 2015-ci il tarixdə işlədiyi şirniyyat sexində olan zaman Rasim ona zəng edib və demişdir ki, onunla görüşmək istəyir. Aydın isə işdə olduğunu çıxa bilməyəcəyini demiş və axşam görüşmək barədə razılaşmışlar. Bundan təxminən 20-25 dəqiqə sonra Asim adlı qonşuları ona zəng edərək Rasimin Bayıl marketin qarşısında döyüldüyünü bildirmişdir. Daha sonra Rasimin xəstəxanada olduğunu öyrənib və ora yollanıb. Xəstəxanada olarkən Rasim Aydına bildirmişdir ki, pul kisəsi xə telefonunu itirib. Az sonra “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı və Cavid Hüseynov Rasimin yanına gəlmişlər. Cavid Rasimə onu döyən şəxslərlə görüşdüyünü, özləri aralarında bu söhbəti həll etdiklərini, indi isə onun sağalması üçün hər cür köməklik edəcəyini bildirmişdir. Rasim isə Cavidə onu görüşə çağıran şəxslərin çay içəcəyini dediyi üçün görüşdüyünü bildirmişdir. Dərhal sonra Cavid Rasimlə sağollaşıb getmiş və Rasimin də şikayət etmək fikri olmamışdır...

Hökmün bu hissəsində yazılanlardan fərqli olaraq, Mahmudov Aydın Azər oğlu məhkəmədə elə ifadə verməyib. Mayın 11-də baş tutan prosesdə jurnalistlər də iştirak etmişdi. Həmin gün məhkəmədə çıxış edən Mahmudov Aydın demişdi:

- Cavid xəstəxanaya gələrkən mən orda idim. Onun yanında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da var idi. Kənardan baxan şəxs kimi deyə bilərəm ki, Cavid xəstəxanaya gələrkən hadisədən xəbərsiz idi. Hətta Rasimdən soruşdu ki, niyə ora getmisən? Sənə mənim adımdan çox adam zəng vura bilər. Cavid heç kimə orada heç bir təklif etməyib. Şikayət olunmayacağı təqdirdə, müalicə xərclərini üzərinə götürəcəyi ilə bağlı deyilənlər həqiqət deyil. Orada belə söhbət olmayıb. Cavidgil xəstəxanaya gəldikdən az sonra polislər də özlərini xəstəxanaya çatdırmışdılar.

(http://www.futbolxeber.az/news/country/29495)

Göründüyü kimi, Mahmudov Aydın Azər oğlunun məhkəmədə səsləndirdiyi fikirlər hökmdə düzgün qeyd olunmayıb. Ehtimal etmək olar ki, hökmdə qeyd olunanlar Aydının ilkin istintaq zamanı səsləndirdiyi fikirlərdir. Belə ehtimal irəli sürməyimiz səbəbsiz deyil. Çünki ifadəsindən sonra məhkəmədə Aydın Mahmudova verdiyi ifadənin əvvəlki ifadədən fərqlənməsi ilə bağlı sual verilmişdi. O isə məhkəmədə dediklərinin həqiqət olduğunu vurğulamışdı.

Hökmdə futbolçunun Rasimin müalicə xərclərini üstünə götürdüyü qeyd olunub. Amma məhkəmədə çıxışı zamanı Mahmudov Aydın Cavid Hüseynovun hər hansı bir şirnikləşdirici addım atmadığını, müalicə xərclərini üzərinə götürməklə bağlı hər hansı söz deməyib. Mahmudov Aydın məhkəmədə həmçinin qeyd etmişdi ki, onda elə təəssürat yaranıb ki, Cavid məhz xəstəxanaya gələrkən baş verənlərdən xəbərdar olub. Üstəlik, futbolçu və “Qəbələ”nin meneceri xəstəxanaya gəldikdən az sonra polislər də özlərini ora yetiriblər.

Bir sözlə, Cavid Hüseynov barədə çıxarılan qərarın düzgün olmadığını düşünmək üçün kifayət qədər əsas var. Yuxarıda göstərdiyimiz fakt, məhkəmənin hökmündə şahidin səsləndirdiyi fikirlərin düzgün qeyd olunmaması da ortaya əlavə suallar çıxarır...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31