19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Prosineçki: “İstənilən rəqibə qarşı mübarizə apara bilərik”

Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində keçirilmiş Azərbaycan - Kanada yoldaşlıq oyunu barədə millimizin baş məşqçisi Robert Prosineçkini affa.az-a açıqlama verib. Futbolxeber.az saytının məlumatına görə, xorvat mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib: “Oyunun birinci hissəsində 4 qol epizodu yaratdıq, amma realizə edə bilmədik. Fasilədən sonra da hücumlarımızı davam etdirdik. Bu dəfə yaratdığımız imkanlardan birini dəyərləndirə bildik. Futbolçularım ilk dəqiqələrdən öz oyununu nümayiş etdirə bilsə, istənilən rəqibə qarşı mübarizə apara bilərik.

Mövsümün sonudur, futbolçular çoxlu oyun keçirib, yorğunluq var idi. Bunları nəzərə alıb, məşq prosesini elə qurduq ki, oyunlara gücləri qalsın. Şəraitimizə gəldikdə, komandanın hazırlıq keçməsi üçün hər cür imkan yaradılmışdı. Ötən il Norveçlə oyundan əvvəl də burda toplanışımız olmuşdu. Yenə deyirəm, Kanada ilə oyun ümid verdi ki, Azərbaycan yığması hər bir rəqibə qarşı oynaya bilər. 

Rəsmi oyunlara neçə faiz hazır olduğumuzu indi deməkdə çətinlik çəkirəm. Çünki Namik Ələsgərov zədədən döndükdən sonra ilk beynəlxalq oyununu keçirib. Amma Rahid Əmirquliyev kimi aparıcı futbolçumuz bu gün millinin düşərgəsində deyil. Bir məsələni də qeyd edim ki, San Marino ilə oyundan əvvəl toplanış keçirməyəcəyik. Ümid edirəm ki, millinin futbolçuları həmin oyuna hazır olacaqlar və zədəsiz komandaya qoşulacaqlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30