29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq"un yeni üzvü kimin oğludu?

Xəbər verdiyimiz kimi, "Simurq" "Neftçi"nin gənc qapıçısı Rəşad Əzizlini heyətinə qatıb. Futbolxeber.az-ın məlumatına görə, gənc qolkiper icarə əsasında Zaqatala klubunun şərəfini qoruyacaq. Rəşad Əzizli ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, o Azərbaycan millisinin sabiq qapıçısı, uzun illər ölkənin aparıcı qapıçılarından olan, daha sonra bir çox klublarda və milli komandamızda məşqçi kimi çalışan, hazırda isə ölkəmizdən kənarda fəaliyyət göstərən azsaylı məşqçilərdən olan Faiq Əzizovun oğludur. Rəşad gənc olmasına baxmayaraq, inamlı oyunu ilə çoxlarının diqqətini cəlb etməyi bacarıb. Təsadüfi deyil ki, bir müddət əvvəl Premyer Liqa klublarından "Bakı" və "Rəvan", birinci diviziondan isə "Qaradağ-Lökbatan" və "Neftçala" Rəşadı heyətinı qatmaq istəyirdi. Lakin gənc qapıçısı "Simurq"a getməyi üstün tutdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31