28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kanales "Neftçi"dən astronomik məbləğ istəyir

“Neftçi” ilə "1+2" illik müqaviləsi olan Nikolas Kanales yeni anlaşma üçün klubdan astronomik məbləğ tələb edir. Futbolxeber.az-ın məlumatına görə, bu haqda klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. O qeyd edib ki, Kanales və onun menecerləri ilə rəsmən danışıqlar aparıblar: "Kanaleslə “Neftçi” ilə 1+2 şərti ilə müqaviləsi var. Bu üç illik müqavilə maliyyə baxımından da razılaşdırılmışdı. Kanales də son mövsüm Avroliqa və kubok oyunlarını da nəzərə alsaq, 30 qol vurub. Azərbaycan futbolunda bu durumu görən Kanales və menecerləri astronomik bir məbləğ istəyirlər. Əlbətdə ki, biz Kanalesin istədiyi məbləği verməyəcəyik. Süni şəkildə qiymətləri qaldıranlar bilsinlər ki, bu, heç də Azərbaycan futbolunun inkişafına xidmət etmir. Kanales kimi futbolçular digər oyunçuların qiymətini görəndə təbiidir ki, belə yüksək məbləğ istəyəcək. “Neftçi” xalqın komandasıdır. Dövlətin pullarını hara gəldi xərcləmək olmaz. Hər bir futbolçunun real qiymətini bilirik. Təbii ki, bu şəkildə olan məsələlərə “Neftçi” heç vaxt qol qoymaz. Öz şərtlərimizi irəli sürmüşük. Sona qədər də Kanales məsələsində fikrimizi dəyişməyəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31