28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayevə cavab: “Zaman göstərdi ki, onun gətirdiyi futbolçu ikinci Mahmud ola bilmədi”

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onunla Emin Quliyev barəsində səsləndirdiyi ittihama münasibət bildirib. Futbolxeber.az saytının məlumatına görə, Qurbanov Musayevin bu iki oyunçunun 2005-ci ildə pula görə "Neftçi"ni "Xəzər Lənkəran"a dəyişməsi barədə açıqlamasına dair bunları söyləyib:

"İndi artıq futbol oynamıram. Amma vaxtilə çox klubda oynamışam. Onun mənim 10 000 dollara görə Lənkəran klubuma keçdiyimə dair dediyinə çox təəccübləndim. O, hardan bilir ki, həmin vaxt "Xəzər Lənkəran"la necə müqavilə bağlamışdım, belə bir məbləğ açıqlayır? Öncə düzgün informasiya almaq, sonra belə açıqlama vermək lazımdır.

Mən "Xəzər Lənkəran"a "Neftçi" ilə müqaviləmin müddəti başa çatdığı üçün keçmişdim. Müqavilədəki məbləği də ancaq mən bilirdim, bir də klub rəhbərliyi. "Neftçi" ilə müqaviləm bitəndən sonra Ramin Musayev də mənə müqavilə təklif etdi. Amma onun təklif etdiyi məbləğ "Xəzər Lənkəran"ın təklif etdiyindən çox fərqlənirdi. 32 yaşım var idi, karyeramın sonuna yaxınlaşdığımdan, gələcəyim barədə düşünməyim normal idi. Hesab etmirəm ki, həmin vaxt "Neftçi"ni atıb getdim. Bununla heç kimə hörmətsizlik etmədim. Dünya təcrübəsində də futbolçuların belə addım atması normal hal kimi qarşılanır.

"Neftçi"də çıxış edərkən “Birlik Kuboku”ndakı qələbədə iştirak etdim, son mövsümdə çempion olduq. "Neftçi"də layiqli şəkildə çıxış etmişəm. Musayev hələ onda komandaya ikinci Mahmud Qurbanovu gətirəcəyinə dair açıqlama da vermişdi. Amma zaman göstərdi ki, onun məhz bu məqsədlə gətirdiyi Vadim Borets ikinci Mahmud ola bilmədi. "Xəzər Lənkəran"ın heyətində çempion oldum, ölkə kubokunu qazandım. Buna görə də düzgün addım atdığımı düşünürəm. Bütün bunlar keçmişdə qalıb".

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31