26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

14 gün də heç nəyi dəyişmədi: Növbəti mövsüm Premyer Liqada 8 klub iştirak edəcək?!

2016-cı il mayın 16-da 2016-2017-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb. Futbolxeber.az saytının məlumatına görə, iclas zamanı 8 klubla bağlı (AZAL PFK, İnter PİK, Kəpəz PFK, Qarabağ FK, Qəbələ İK, Neftci PFK, Sumqayıt FK və Zirə PFK) ilə bağlı müvafiq qərarlar açıqlanıb. Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədləri tam olaraq təmin etmək üçün əlavə 14 gün vaxt verilib.

Beləliklə, çatışmazlıqları aradan qaldırmaq üçün verilmiş müddət bu gün başa çatıb və lisenziya üçün müraciət etmiş klublardan heç biri sənədləri tam şəkildə təqdim etməyib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30