20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” Türkiyəyə yollanacaq

Bu gün "Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatina görə, İclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

· Mövsümün yekunlarına əsasən "Neftçi” PFK-nın Futbol Akademiyasının fəaliyyəti qənaətbəxş hesab edilib.

· Əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.

İclasda əsas komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı da təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi” PFK-nın əsas komandası iyun ayının 14-15-i tarixlərində Türkiyəyə yola düşəcək. Komandanın hazırlıq keçdiyi tarixlərdə UEFA Avropa Liqasının ilk mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. "Neftçi” PFK-nın təlim-məşq toplanışının nə zaman yekunlaşacağına püşkatmanın nəticələrinin bəlli olmasından sonra aydınlıq gələcək (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30