25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “O, Ermәnistanla oyunda geydiyi formanı mәnә verdi”

"Qarabağ"ın baş mәşqçisi Qurban Qurbanov "CBC Sport"da efirə gedәn "Üçüncü hissә" verilişinin qonağı olub. Futboxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Qurbanov bir çox maraqlı mәqamlara toxunub.

Təcrübəli mütəxəssis "Xәzәr Lәnkәran"ın bugünkü durumu haqqında fikirlәrini bölüşüb: "Xәzәr Lәnkәran"a hәmişә hörmәtlә yanaşmışam. Çünki onların Azәrbaycan futboluna xidmәti az deyil. Möhtәşәm azarkeşlәri var. Onlar uğura layiqdirlәr. Sadәcә son illәr klub getdikcә zәiflәyirdi. Sәhv etmirәmsә, bu mövsüm 16 oyun qalib gәlә bilmәdilәr. Bu, çox pis göstәricidir. Onlara uğur yaraşır".

Qurbanov Samuel Armenterosun gedişi ilə bağlı deyib6 "Onunla yollarımızı ayırdıq. Armenteros bura gәlәrkәn onunla “1+1” illik müqavilә imzalamışdıq. Yәni, hәr iki tәrәfin razılığı olduğu halda müqavilә uzadılacaqdı. Amma belә olmadı. Onun komandamıza xeyri çox oldu. Sadәcә bәzi istәdiyimiz keyfiyyәtlәri onda tapmadıq. Bu sәbәbdәn dә ayrılmaq lazım idi"

“Qarabağ”ın çalışdırıcısı komandasındakı hücumçu probleminә belә münasibәt bildirib: “Hansı mәşqçidәn soruşsanız, hücumçu baxımından әziyyәt çәkir. Bu, bütün dünyada var. Çünki hәr futbolçu tez adaptasiya ola bilmir. Mәsәlәn, Raydell Pupon Azәrbaycana öyrәşә bilmәdi. Getdi Hollandiyada yaxşı oyun göstәrir".

Ağdamlıların çalışdırıcısı icarәdә olan futbolçularının qayıtması haqqında isә belə danışıb: "Tәrlan Quliyev komandadan getdi. O, "İnter"lә müqavilә imzaladı. Şәhriyar Әliyev "Kәpәz"dә qalacaq böyük ehtimalla. Vüqar Mustafayev dә "Zirә"dә oynaya bilәr. Namiq Әlәsgәrovu isә heyәtә qaytardıq. Tәlim-mәşq toplanışında bizimlә olacaq".

Qurbanov iyunun 10-da Fransada başlayacaq Avropa Çempionatında Albaniya millisinә azarkeşlik edәcәyini bildirib: "Ansi peşәkar futbolçudur. Heç zaman görmәmişәm ki, mәşqә könülsüz gәlsin. Avropa Çempionatında oynamaq ona nәsib olacaq. Özüm dә Albaniya millisinә, Ansiyә azarkeşlik edәcәm. Ansi bir dәfә Ermәnistanla oyuna getmişdi. Hәmin oyunda oynadığı formanı mәnә hәdiyyә etdi. Evdә saxlayıram".

Mütәxәssis mövsümün әn yaxşı futbolçularının da adlarını çәkib: "Aleksey Qay, Riçard Almeyda vә Dani Kintana mәnә görә mövsümü yaxşı keçirdilәr. Başqa futbolçuların da adlarını çәkmәk olar. Kim yadımdan çıxıbsa, üzürlü hesab elәsin".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30