19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Heydər Əliyev kuboku”nun qalibi müəyyənləşdi

Naxçıvan Muxtar Respublika Stadionunda Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku” uğrunda futbol turniri keçirilib. Futbolxeber.az saytının məlumatına görə, turniri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası və Azərbaycan Peşəkar Futbol Liqası birgə keçirib.

Yarışa 4 komanda qatılıb. Yarımfinalda “Neftçala” “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. “Şərurspor” - MOİK matçında heç-heçə qeydə alındığından (2:2) qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MOİK futbolçuları (3:1) finala yüksəliblər. Mayın 27-də keçirilən üçüncülük oyununda "Araz-Naxçıvan” "Şərurspor”la üz-üzə gəlib. Hesabda 2:0 öndə olmasına baxmayaraq, "Araz Naxçıvan” üstünlüyünü qoruya bilməyi. Oyunda "status-kvo”nu bərpa edən "Şərurspor” penalti zərbələrini daha dəqiq yerinə yetirərək (4:3) turnirin bürünc medalını qazanıb.

Final görüşündə isə MOİK və "Neftçala” qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. "Neftçala” tək qolla kuboka sahib çıxın.

Turnirin ən məhsuldar futbolçusu “Neftçala”nın hücumçusu Məhəmməd Alıyev olub. "Ən yaxşı futbolçu” nominasiyasında isə "Araz-Naxçıvan”ın müdafiəçisi Vüsal Abdullayev fərqlənib. Sonda qalib komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30