29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Heydər Əliyev kuboku”nun açılış mərasimi oldu

Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin açılış mərasimi olub. Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimindən öncə turnir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

Bildirilib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb. Qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət qayğısı  nəticəsində bır sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə  2005-ci il oktyabrın 10-da ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlətimizin gənclərə və idmana göstərdiyi diqqət nəticəsində muxtar respublikada yeni idman qurğuları tikilərək gənclərimizin istifadəsinə verilib. Bu gün muxtar respublikada 9 stadion və 20 mini futbol meydançası futbolçuların istifadəsindədir.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev turnir iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, idman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.

Bildirilib ki, bu gün muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nailiyyətlər əldə olunur. Belə ki, 12 illik fasilədən sonra böyük futbola qayıdan “Araz–Naxçıvan” komandası elə ilk mövsümdən I Divizion tarixində ən çox xal toplamaqla çempionatın qızıl medalını qazanıb.

“Araz–Naxçıvan” komandasının Naxçıvan Muxtar Respublika çempionatında iştirak etdiyini və ardıcıl ikinci dəfədir ki, çempionatın qalibi olduğunu bildirən Azad Cabbarov turnir iştirakçılarına uğurlar arzulayıb.

Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin ifasında konsert proqramı olub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra turnirin ilk oyununa start verilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31