29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Seyidov: “Əvvəlki illərə nisbətən indi bizi təəccübləndirəcək zənglər yoxdur”

"Bütün ad günlərimi, adətən, ailəmlə keçirirəm. Budəfəki də istisna olmadı. Doğum günümü ailəmlə birgə təmtəraqsız, bər-bəzəksiz, sakit tərzdə qeyd etdim”. Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sportnet.az-a açıqlamasında "Bakı”nın vitse-prezidenti Yaşar Seyidov deyib.

Mayın 22-də 53 yaşı tamamlanan klub rəsmisi ad günlərini təmtərqala keçirməyi xoşlamadığını bildirib: "Hörmətli Hamlet müəllim İsaxanlının "Mən səni sevdim çox sadəcə....” adlı gözəl bir şeri var. Sözsüz ki, dostlar zəng edib təbrik etdilər. Təbrik eləməyənlər də sağ olsun. Əvvəlki illərə nisbətən indi bizi təəccübləndirəcək zənglər daha yoxdur. Hazırkı vəziyyətimizə uyğun olaraq ətrafımızdakı dostların yenə diqqətini gördük”.

Seyidov insanı həyatda ən çox sevincə bəxş edən 2 faktorun olduğunu bildirib. Onun fikrincə, bunlardan biri ailə, digəri işindəki uğurlardır: "Azərbaycan futbolu üçün etdiklərim göz önündədir. Uğurlarımız kifayət qədər olub. Ancaq yaşımızın elə vaxtıdır ki, övladlarımızın də uğuruna baxıb sevinməyilik. Mən xoşbəxt atalardanam. Çünki övladlarımın üçü də orta məktəbi yüksək səviyyədə bitrirək ali məktəbə daxil olublar. Böyük qızım Bakı Musiqi Akademiyasının magistraturasında, kiçik qızım Azərbaycan Respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Oğlum Valeh isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə olunması fakültəsinin 2-ci kurs tələbəsidir. Ən böyük sevincimiz odur ki, övladlarımıza yaxşı tərbiyə, təhsil vermişik. İnanıram ki, təhsilləri ilə cəmiyyətdə öz sözlərini deyə biləcəklər”.

Seyidovin ötən bazar ad günü idisə, bu həftəsonu həyatında növbəti əlamətdar hadisəni qeyd edəcək. "Bakı" rəsmisi ilk övlad toyu görəcək: "Mayın 29-da böyük qızımım toyudur, başım buna qarışıb. İnsanın həyatında təcrübə olmalıdır. Təcrübən yoxdursa, harada olursan-ol, çətinlik olur. Sözsüz ki, təcübəsizlik öz sözünü deyir. Ancaq yaxın dostların köməyi ilə təşkilati məsələlər yavaş-yavaş yoluna qoyulur. Bu, xoş bir çətinlikdir. Düşünürəm ki, xoş sonluqla da nəticələnəcək”.

Seyidov qızının toyunun da bu vaxtlarda olmasının təsadüfi olduğunu bildirib. O, "may ayında toy etməzlər” deyimini qəbul etmədiyini bildirib: "Müqəddəs kitabımızda belə bir şey yoxdur ki, mayda toy etmək olmaz. Bizim ailə inanclı, övladlarım ibadət adamlarıdır. Qarşıdah Ramazan ayı gəlir və toyu həmin vaxtdadək keçirməli idi. Sözün düzü, mərasimi mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması günü keçirmək istəyirdik. Ancaq həmin günü həmin şadlıq sarayında başqa tədbir olduğundan, simvolik olaraq 1 gün sonraya təyin etdik. Mən həmişə insanlara yaxın olmuşam. Kim istəsə, eşidibsə, buyurub toyumuza gələ bilər. Gözüm üstə yerimiz var. Xahiş edirəm ki, dəvət etmədiklərimdən heç kəs inciməsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31