23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

180 oyunda, 390 qol

Azərbaycan Premyer Liqasının başa çatan 2015/16 mövsümündə 390 qol vurulub. Futbolxeber.az saytının məlumatına görə, baş tutan 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub. Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridir. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub.

Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox - 66, “Xəzər Lənkəran” ən az - 16 qol vurub.

“Qarabağ” hamıdan az - 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdur - 63.

“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox - 90 qol vurulub. AZAL-ın iştirakı ilə baş tutan matçlarda 64 qol qeydə alınıb.

Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar.

Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdır. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdir.

Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda - “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30