19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” medallarına nə vaxt qovuşacaq?

Son turda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etməklə üçüncü yeri tutan “Qəbələ” bürünc medallarına gələn ay qovuşacaq. Bu haqda Futbolxeber.az saytına Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O qeyd edib ki, son turun oyunundan sonra “Qəbələ” istirahətə çəkilib. Legionerlər ölkələrinə yollanıblar. Bu səbəbdən də “Qəbələ”yə medallar komanda yenidən bir araya gəldikdən sonra təqdim olunacaq. “Qəbələ”nin yeni mövsümün hazırlığına iyunun 10-da start verəcəyi gözlənilir.

Qeyd edək ki, “Qəbələ” ardıcıl üçüncü dəfə mövsümü bürünc medalla başa vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30