19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rövnəq Abdullayev: “Gənclərimiz şərəflə çıxış etdilər”

AFFA prezidenti Rövnəq Abdullayevin Futbolxeber.az saytna müsahibəsi

- Bakıda keçiriən 17 yaşadək futboçular arasında Avropa çempionat artıq başa çatıb. Turnirdən razı qaldız?

- Çempionat normal keçdi. Biz bu turniri ən yüksək səviyyədə təşkil elədik. Həm açılış, həm bağlanış mərasimləri, təşkilati məsələlər UEFA tərəfindən müsbət dəyərləndirildi.

- Azərbaycan millisini nəzərə almasaq, ən çox hansı komandanın çıxışını daha çox bəyəndiniz?

- Portuqaliyanın.

- Millimiz də ancaq Portuqaliyaya məğlub oldu. Yığmamızın çıxışından razı qaldız?

- Bəli, razı qadım. Gənc oyunçular yetişir. Baxmayaraq ki, ilk oyunda həyəcandan özlərini itirdilər, ancaq sonradan özlərini doğrultdular və iki oyunu yaxşı başa vurdular. Bu, böyük turnirdir. 16 yaşında belə bir yarışda çıxış etmək böyük bir şərəfdir. Bizim gənclərimiz şərəflə çıxış etdilər.

- İslam oyunlarının proqramına futbol da daxil edilib. İştirakçı ölkələr əsas milliləri ilə gələcəklər?

- (Suala AFFA-nın baş katibi Elxan Məmmədov cavab verir) Bu, hələ təsdiq olunmayıb, gözlənilir. Cənab nazir tərəfindən konsepsiya təqdim olundu. Biz də istəyirik ki, əsas yığmalar olsun, ancaq hələ hansı ölkələrin gələcəyi bilinmir. Biz isə əsas milli ilə çıxış edəcəyik.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30