25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Kəpəz” azarkeşlərlə vidalaşdı

Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün son turunda keçirilən “Kəpəz” - “Qəbələ” oyunundan sonra Gəncə komandası azarkeşləri ilə sağollaşıb. Futbolxeber.az saytının məlumatına görə, klubun məşqçilər korpusu və futbolçu heyəti meydanın mərkəzində toplaşaraq futbolsevərləri alqışlayıb. Bu zaman stadionu “Kəpəz”, “Kəpəz” sədaları bürüyüb.

Tribunaları tərk etməyən 10 000-ə yaxın  tamaşaçının qarşısında çıxış edən “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və kapitan Tural Axundov mövsüm boyu möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib. Diniyev komandanın Avropa Liqasına vəsiqə qazanmasını fanatlara hədiyyə etdiklərini deyib və onları qitəmiqyaslı turnirdə “sarı-göylər”ə dayaq olmağa çağırıb. 

Bundan sonra futbolçular tribunalara doğru yaxınlaşaraq formalarını azarkeşlərə atıblar (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30