Ölkə futbolu
Yaşar Seyidov: "FİFA-ya şikayət etmiş futbolçularla danışıb, borcları hissə-hissə ödəmək istəyirik"
"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun müsahibəsi
- Artıq mövsüm başa çatdı. Yeni mövsüm üçün "Bakı"nın planları nədən ibarətdir?
- Yeni mövsüm üçün iki variantımız var: I Divizionda qalmaq və ya Premyer Liqada iştirak etmək.
- Aşağı dəstədə qalmaq ən pis variantdır. I Divizionda sonuncu yeri tutan "Bakı"nın Premyer Liqada çıxış etmə şansı var?
- Klublar Premyer Liqada iştirak üçün lisenziyalaşma qaydalarına əsasən 5 meyarın tələblərinə cavab verməlidir. "Bakı" hazırda 4 meyara cavab verir. Bunlar idman, infrastruktur, kadr-inzibati və hüquqi meyardır. Problemimiz yalnız maliyyə meyarındadır. Bu maliyyə məsələsini həll edə bilsək, bizim yenidən Premyer Liqada oynamağımız üçün heç bir problemimiz yoxdur. Ancaq həll olunmasa, sözsüz ki, I Divizionda oynamalı olacağıq.
- Maliyyə probleminin həlli üçün klub prezidenti Hafiz Məmmədovla danışığınız olub?
- Bəli, danışmışıq. İndi də müəyyən danışıqlar gedir. Burada bir məsələ var. Maliyyə ilə bağlı FİFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət olunmuş şikayətlərə əsasən Mübahisəli Məsələlərin Həlli Palatası qərar qəbul edib. İntizam Komitəsi də bizim 15 xalımızı silib. Bu proses üzrə işlər davam edir. Artıq FİFA-nın hüquqşünasları ilə danışıqlara başlamışıq. Borclarla bağlı şikayət etmiş həmin futbolçularla danışıq aparılır. Məsələni hissə-hissə ödənişlərlə həll etməyə çalışırıq. "İnter" klubunun apardığı işləri indi "Bakı" başlayır. Məsələn, futbolçunun müqaviləsində göstərilib ki, 100 min dollar almalıdır. Ancaq klubla razılaşır, 20 min dollar və şikayətini geri götürür. Buna nail ola bilsək, yəni futbolçularla razılaşsaq, işimiz alınacaq. Amma razılaşa bilməsək, sözsüz ki, Premyer Liqada iştirakımız sual altında qalacaq.
- Borclu futbolçularla məsələ həll olunsa, klub prezidenti "Bakı"nın Premyer Liqada iştirakı üçün lazım olan vəsaiti ödəyəcək?
- İndi bununla bağlı danışıqlar gedir. Müəyyən görüşlər olur. İndidən nəsə demək çox çətindir. Yenə qeyd etmək istəyirəm ki, Premyer Liqada iştirak üçün lisenziya tələblərinə cavab vermək lazımdır. Qanun hamı, o cümlədən "Bakı" üçün eynidir. Biz də çalışacağıq ki, qanun çərçivəsində bütün məsələləri həll edək.
- Hafiz Məmmədovun vəziyyətinin düzəldiyi, Premyer Liqada bir neçə il əvvəlki "Bakı"nın olacağı haqda xəbərlər var...
- Hadisələri qabaqlamağım doğru olmaz. Bunu zaman göstərəcək. Hər halda "Bakı" ənənəsi, infrastrukturu olan komandadır. AFFA-nın Lisenziya Komissiyası çox düzgün qərar qəbul edib və bildirilib ki, heç bir divizion komandası bu gün Premyer Liqada çıxış etməyə hazır deyil. Mən bu fikirlə tam razıyam. Bu gün Azərbaycanda iki klubun - "Bakı" və "Qəbələ"nin böyük akademiyası var. Bizim klubun 5 təbii və standartlara cavab verən 2 süni meydançası var. Yəni bu gün bu boyda akademiyası olan klubun infrastrukturunu məhv etmək olmaz. Bu vəziyyətdən çıxmaq üçün AFFA rəhbərliyi ilə də müəyyən işlər aparırıq. Sözsüz ki, onlar bizə dəstək verir və məsələlərin həllində köməklərindən yararlanmağa çalışırıq. Maliyyə məsələsi həll olunarsa, AFFA tərəfindən "Bakı"ya yaşıl işıq yandırılacaq. Heç bir problem yoxdur. Ancaq maliyyə məsələsini həll etmək şərtilə...
- Məsələni konkretləşdirsək, Hafiz Məmmədov "Bakı" klubuna əvvəlki xərci çəkməyə hazırdır?
- Hafiz müəllim "Bakı" klubu üçün deyil, Azərbaycan futbolu üçün çox iş görüb. Qeyd etdiyim problemlər həll olunsa, o, yenidən komandaya pul buraxmağa hazırdır. Maddi məsələlərdə də danışıqlar gedir. Hafiz müəllim biznes sahəsində müəyyən işlərini yoluna qoysa, gözləntilərimiz böyükdür.
- Ən pis halda klubun adının dəyişdirilməsi gündəmdə ola bilər?
- Gəlin, buna tələsməyək. Çünki ümid sonda ölür. Hələ proseslər, işlər, danışıqlar gedir. Bir az səbrli olmaq lazımdır. Başa düşürəm, "Bakı"nın Premyer Liqada oynamasını istəyənlər çoxdur. Bu səbəbdən "Bakı"dan əlavə, Azərbaycan idmanının siyasətini aparan insanlar da buna çalışmalıdır. Bu günədək milliyə 45 futbolçu vermiş akademiyanın süqutu ciddi problemlərə gətirə bilər.
Mənbə: report.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:52
“Turan Tovuz”, yoxsa “Sumqayıt”?
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək