24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Xəzər Lənkəran” Azərbaycanın üç ən güclü komandasında biri olsa da..."

“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva İspaniya mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Xəzər Lənkəran”da işlərin necə gedir?

- Əsas odur ki, komandaya uyğunlaşmışam. Orada Premyer Liqanın səviyyəsi İspaniyada ikinci divizionun səviyyəsindən də aşağıdır. Amma komandalar əcnəbi futbolçular hesabına rəqabəti gücləndirirlər. Azərbaycanda pul çoxdur. Təsadüfi deyil ki, Madrid “Atletiko”suna bu ölkə sponsorluq edir. Azərbaycanda ötən il “Eurovision” mahnı yarışması keçirilib.

- Con Toşakın “Xəzər Lənkəran”a baş məşqçi təyin olunmasına münasibətin necədir?

- “Xəzər Lənkəran” Azərbaycanın üç ən güclü komandasında biri olsa da, son mövsümdə uğursuz çıxış etdi. Yeddinci-səkkizinci qərarlaşan zaman bizə xarakterli, şəxsiyyəti güclü olan məşqçi lazım idi. Onun gəlişindən sonra komandamızda nizam-intizam xeyli dərəcədə gücləndi.

- Kubokun finalına vəsiqə qazansanız da, uduzdunuz və mövsümü mükafatsız başa vurdunuz.

- Heyf ki, belədir. Penaltilər seriyasında uduzmaq yaxşı hal deyil. Çempionluğu təmin edən “Neftçi” kuboka da sahib oldu. Biz isə Avropa Liqasına birinci mərhələdən başlayacağıq. İlk oyunumuz iyulda olacaq. İndi biz Avroliqaya köklənmişik. İyunun 19-da Almaniyaya, Münhenə gedəcəyik və avrokuboka hazırlığı da orada davam etdirəcəyik.

- Azərbaycanda yaşamaq çətin deyil ki?

- Çətinlik odur ki, son iki ay yarımı həyat yoldaşım və uşağım mənimlə birgə olmadı. Amma nə etmək olar. Bəzən, soyuqbaşla qərar vermək lazımdır. İspaniyada böhrandır.

- Sizin “Xəzər Lənkəran”la hələ daha bir illik müqaviləniz var?

- Bəli. Mən orada xoşbəxtəm.

- Azərbaycanda ispaniyalı futbolçular çoxdur?

- Bizim komandada mənimlə Toni Doblas çıxış edir. “Bakı”da bir vaxtlar “Numansiya”da da top qovmuş Mario oynayır. AZAL-da da bir ispan çıxış edir.

- Azərbaycanda həyat necədir?

- Orada durum fərqlidir. Əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Adət-ənənə başqadır. Amma əgər psixoloji cəhətdən uyğunlaşa bilsən, problem olmayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30