28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

AFFA, “Bakı”nı qaytar geri...(QEYD)

Dünən AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi. Toplantıdan sonra məlum oldu ki, növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak üçün yalnız 8 klub lisenziya alıb. Yəni, say düzəltmək üçün ən azı daha 2 kluba ehtiyac var. “Rəvan” və “Xəzər Lənkəran”ın ala bilmədiyi lisenziyaya gözlənildiyi kimi, I divizon klublarından heç biri sahib çıxmadı.

Siz 8 klubun növbəti mövsümdə Premyer Liqada iştiraka yüz faiz hazır olduğuna da çox inanmayın. Sabahın işini bilmək olmaz. Allah eləməmiş, sabah neftin qiymətində kəskin ucuzlaşma olsa, “Neftçi”, “Kəpəz” başqa olmaqla Neft şirkətinin maliyyələşdirdiyi digər klubların taleyinin necə olacağı haqda yalnız bədbin fikirlər proqnozlaşdırmaq mümkündür. “Neftçi” dağılmaz, bu, aydın məsələdir. Neftin qiyməti neçəyə olur-olsun, “Neftçi” yaşayacaq. Amma “Kəpəz”, “Turan” və digərlərinin sabahına təminat yoxdur.

Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında neçə klub mübarizə aparacaq? Yəqin ki, hazırda bu suala heç çempionatı təşkil edən qurum olan Peşəkar Futbol Liqasının rəhbərliyi də dəqiq cavab verə bilməz. Hazırda ilkin ehtimal, ötən mövsümdə “Rəvan”la olduğu kimi, hansısa 2 klubu yalvar-yaxarla Premyer Liqaya cəlb etməkdir. Amma AFFA və PFL rəhbərliyinin bu varianta üstünlük verəcəyi inandırıcı deyil. Əvvəla, vəziyyət o səviyyədə deyil ki, SOCAR “Kəpəz” kimi “Turan” və “Neftçala”nın (məsələn) da Premyer Liqada çıxışı üçün büdcə ayırsın. Digər tərəfdən də sən ölüm, mən ölümlə gələn klubların iştirak etdiyi çempionatın səviyyəsini bu il gördük. Azərbaycan futboluna rəhbərlik edənlər də istəməzlər ki, daim günü-gündən inkişafda olduğunu iddia etdikləri Premyer Liqamızın səviyyəsi gələn mövsüm bir qədər də aşağı düşsün.

Hazırkı məqamda ən yaxşı variant AFFA-nın “Bakı”nı Premyer Liqaya qaytarması olardı. Xahişsiz, filansız. Axı, ötən il haqsızlığa uğrayan “Bakı” haqqının qaytarılması üçün nəyə görə kiməsə minnətçi düşməlidi? Necə I diviziona göndəriblərsə, qoy, əziyyət çəkib indi də Premyer Liqaya qaytarsınlar.

Son 2 il ərzində “Bakı”ya qarşı çox haqsızlıqlar edildi. Gah açıqlama verildi ki, “Bakı”ya sponsor axtarırıq”, gah oyunçularına haqsız yerə azad transfer hüququ verildi, gah kimlərsə klubun bazasına göz dikdilər (amma sonda arzuları ürəylərində qaldı!), gah da Hafız Məmmədovun pulu ilə ödənən maaşa “AFFA “Bakı”nın futbolçularının maaşını ödəyir” adı qoyuldu. Bütün bu sadaladıqlarımız baş verənlərin yalnız qısa xatırlatmasıdır. Hələ ki detallara varmaq istəmirik. Amma vəziyyət heç də göründüyü kimi deyil. Həqiqətən də son 2 ildə “Bakı”ya qarşı edilənlər haqsızlıq idi və hesablaşma günü uzaqda deyil. Nə qədər gec deyil, səhvinizi düzəldin!

“Bakı”nın bazası, akademiyası, oyunçusu, rəhbərliyi, hər cür şəraiti var. Lisenziya almamaq üçün yeganə çatışmazlıq kimi legionerlərə olan borclar göstərilə bilər ki, onu da həll etmək çətin məsələ deyil. Futbolumuzun rəhbərləri özləri də bilirlər ki, vəziyyətin bu həddə çatmasında “Bakı”dan çox onların “rolu” var. Niyə? Bu sualın cavabı qoy, qalsın sonraya...

FUTBOLXEBER.AZ

P.S. "Hafiz Məmmədov müflis olub, "Bakı"ya sponsor axtarırıq" deyənlərin diqqətinə - Hafiz Məmmədova məxsus olan, "Bakı"nın əsas sponsoru "Baghlan Group"un aktiv kapitalı 1 milyard dollardan çoxdur. Bu halda, hansı müflislikdən danışmaq olar?




Ad: Vuqar Aliyev;   E-mail: [email protected]

13.06.2016 04:13

Evvela hamiya salamlar uzaq Khamchatka seherinden. Men bunu hemise ve her yerde demisem, indide deyirem. Ne qeder ki, AFFA ve PFL de futboldan anlayisi olmayan insanlar olacaqsa, o qeder de futbolumuzun seviyyesinden soz gede bilmez. O vaxtlari Azerbaycan cempionatinda 20 komanda mubarize aparirdi. Lisenziya deyilen sey olmayib. Indi lisenziya teleb edirler. Xezer- Lenkeran, Baki, kimi FC-nu batirdilar. Ar olsun AFFA ve PFL- e.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31