25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Rəvan”dan ilk, “Qarabağ” “11”də qaldı

“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb. Futbolxeber.az saytının məlumatına görə, ardıcıl 11 matçda qalib gələn Ağdam klubu “Rəvan”la səfər matçında 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun yetirmələri bunadək sonuncu dəfə XXIII turun “İnter”lə görüşündə xal itkisi ilə üzləşmişdi - 1:1. Əyalət klubu 78 gündən sonra rəqibinin xal qazanmasına üzüldü.

“Qarabağ”ın son məğlubiyyəti isə XIX turun AZAL-la matçında qeydə alınmışdı. 2016-cı ilin yanvarın 31-də baş tutan ilk matçında 0:1 hesabı ilə uduzan ağdamlılar ardınca 15 görüşdə xalsız qalmamışdı. 105 günlük məğlubiyyətsizliyi qırılan “göy-qaralar” tarixində ilk dəfə “Rəvan”a uduzub.

Belə ki, Bakı klubu çempiona qarşı keçirdiyi 12-ci matçında ilk dəfə qalib gəlib. Rəqiblərin əvvəlki 11 oyununda 7 qələbəsi olan “Qarabağ” ən pis halda - 4 oyunda heç-heçə etmişdi.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30