20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Azarkeşlərimizi sevindirmək istəyirdik”

Azərbaycan Premyer Liqasının XXXV turunun “Qəbələ” - AZAL oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının qələbəsini belə şərh edib: “Mövsümün son ev oyununun özəlliyi var. Çünki bu matçda doğma azarkeşlərlə növbəti mövsümədək, avrokuboklaradək ayrılırıq. Bu fasilə bir aydan uzun çəkəcək. İlk oyunda olduğu kimi son matçdan da müsbət emosiyalarla ayrılmaq da vacibdir. Əslində, biz hər oyunda qələbə qazanmaq istəyirik. Bu gün bu istək daha çox idi. Qalib gəlmək, azarkeşlərimizi sevindirmək istəyirdik. Bir gün öncə azarkeşlərimizə də demişdim ki, onlar üçün oynayırıq. Bizə dəstək olduqları üçün onlara həmişə minnətdaram. Standart vəziyyətlərdən daha çox qol vurmağımızı istəyirəm. Potensialımız da buna imkan verir. Bu sahədə çatışmazlıqlar var və üzərində çalışmalıyıq. Üçüncülük şansımızın öz əlimizdə olmasına sevinirəm. Son oyunda qalib gəlib, bürünc medala yiyələnməliyik”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30