19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Məğlub olmaq istəmirdik”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqada "Rəvan"la oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq 1:2 hesabı ilə uduzduqları matç haqda fikirlərini bildirib.

- Əlbəttə, məğlub olmaq istəmirdik. "Rəvan"ı təbrik edirəm və uğurlar arzulayıram. Xeyli qol epizodlarımız oldu. Futbolçularımız ciddi yanaşmaması üzündən oyunu xeyrimizə dəyişə bilmədik. Az oynayan futbolçuların səviyyələri yaxşı deyildi, oyun təcrübələri çatmırdı. Oyundan və nəticədən razı deyiləm.

- Növbəti oyunda AZAL-la matçda heyətdə belə böyük dəyişikliklər gözlənilir?

- Hələ açıqlaya bilmirəm. Həmin matça hazırlıq proramımız olacaq. Heyətdə Çox da dəyişiklik olmayacaq.

- Eltun Yaqublunun qırmızı vərəqə aldığı epizoda baxdınız, yoxsa...?

- Hələ yox. Həmin mövqe adətən aldadıcı olur. Özü də qapı xəttinin üzərində. Bəlkə də başqa yerdə olsaydı, qırmızı vərəqə verməzdi. Qərara normal yanaşıram. 

Mənbə: sportnet.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30