19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Şəmkir”də baş məşqçi dəyişikliyi

Mövsümün əvvəlində daha yüksək pillələrdə qərarlaşmağı hədəfləyən “Şəmkir”in bu məqsəddən uzaq düşməsi məşqçi dəyişikliyinə səbəb ola bilər. Futbolxeber.az saytının məlumatına görə, ikinci dövrədə ardıcıl xal ikisi ilə üzləşən və ilk “üçlük”dən kənarda qalan bölgə təmsilçisi Kamran Əlibabayevlə yollarını ayırmağa hazırlaşır.

Cəzalı olduğu halda XXV turda MOİK-lə matçda hakimləri təhqir edən və komandasını meydandan çıxararaq matçın 10 dəqiqə dayanmasına səbəb olan və nəticədə 12 ay futbol fəaliyətinə qadağa qoyulan Əlibabayevi əvəz edəcək çalışdırıcıdı da bəllidir. Əldə etdiyimiz məlumata görə ötən mövsüm komandada işləmiş, millimizin keçmiş üzvü Ruslan Abbasov yenidən “Şəmkir”in başında olacaq. 

Qeyd edək ki, “Turan”, “Neftçi”, “İnter” kimi komandalarda çıxış etmiş Abbasov Şəmkirdə çalışdığı müddətdə yerli azarkeşlərin sevimlisinə çevrilməyi bacarmışdı. Növbəti mövsümə daha iddialı komanda qurmağı hədəfləyən qərb təmsilçisinin yaxın günlərdə bu təyinatı açıqlayacağı gözlənilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30