19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” Avroliqaya vəsiqəni təmin etdi

Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komanda müəyyənləşib. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XXXIV turundan sonra “Qəbələ”nin Avropa Liqasına vəsiqə qazanması dəqiqləşib.

“Qarabağ”a 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri sona 2 tur qalmış ilk “beşlik”də yerini təmin edib. Belə ki, əyalət klubu 6-cı pillənin şərikləri AZAL və “Zirə”dən 7 xal fərqlə öndə qərarlaşıb.

İlk 5 pillədə qərarlaşan komandalardan ikisi - “İnter” və “Zirə” avrokuboklara qatıla bilməyəcəyindən “Qəbələ” “Kəpəz”in ardından Avropa Liqasına vəsiqəni təmin edib. Hazırkı durumda qitəmiqyaslı turnirlərə buraxılmayan “İnter”lə “Zirə” möcüzə sayəsində avrokuboklara qatılmasa, məhz bu iki komanda Premyer Liqadan ikinci dərəcəli qitə klub turnirinə yollanacaq. Çempionlar Liqasında təmsilçimiz isə “Qarabağ” olacaq.

Avropa Liqasına sonuncu vəsiqəyə isə iki iddiaçı - “Neftçi” AZAL qalıb. Sonuncular bunun üçün 6-cı olmalı və “ağ-qaralar”ın kubokun finalında məğlubiyyətini gözləməlidi. “Neftçi” isə iki vəzifədən birinin öhdəsindən gəlsə - ya 6-cı olsa, ya kuboku qazansa, Avropaya yollanacaq.

Qeyd edək ki, “Qəbələ” bu turda uduzmaqla gümüş medala şanslarını itirib. “Qırmızı-qaralar” 2-ci olan “Zirə”dən 8 xal geri qalıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30