20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Şahin Diniyev: “Başıaşağı durmaq üçün səbəb yoxdur”

Azərbaycan Premyer Liqasının XXXIV turunda reallaşan “Kəpəz” - “Neftçi” oyunundan sonra komandaların baş məşqçiləri jurnalistlərin önünə çıxıb. Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev oyunla bağlı bunları deyib: “Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyət etdik. Birinci hissə meydandakı “Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar. İkinci yarıda komanda dayandı. Junior Osvaldonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi. Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı. İrəli baxmaq lazımdır, qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldu, uda da bilərsən, uduza da. Gəlin unutmayaq ki, bu heyət “Kəpəz”i Avroliqaya çıxarıb” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30