20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: “Nəhayət ki, yenidən Avropada oynayacağıq”

“Öncə “Kəpəz” azarkeşlərini, Gəncə futbolsevərlərini komandamızın Avropa Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Nəhayət ki, 16 ildən sonra yenidən Avropada oynayacağıq. Bu, hamımız üçün sevinməyə əsas səbəbdir. Uğurumuzda azarkeşlərin də rolu var, buna görə onlara təşəkkür edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan məşqdən sonra kapazpfc.az saytına deyib.

Təcrübəli çalışdırıcı “Neftçi” ilə qarşıdakı oyundan da danışıb: “Komandaların adı artıq hər şeyi deyir. Oyunun mahiyyəti bəllidir. Gərgin, güzəştsiz mübarizə olacaq. Hər iki tərəfə qələbə lazımdır. “Neftçi” qitəmiqyaslı turnirə vəsiqə qazanmaq istəyirsə, biz medalçılar sırasına düşməyi hədəfləmişik. Medal qazansaq, xoşbəxt olacağıq. Sıx yarış qrafikinə baxmayaraq matça ciddi hazırlaşmışıq. Yorğunluğumuz pik nöqtəsinə çatsa da, bu, səbəb olmamalıdır. Baxımlı futbol oynayıb azarkeşləri sevindirməyə çalışacağıq. Mühüm oyundur və həm rəqib, həm də biz bunu anlayırıq. Azarkeşlər tribunada darıxmayacaqlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30