29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”dan baş məşqçi dəyişikliyi ilə bağlı rəsmi açıqlama

Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Kəpəz" (0:3) matçından sonra Lənkəran klubunun baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Futbolxeber.az saytının məlumatına görə, Məmmədovun ərizəsi klub tərəfindən qəbul edilib.

Elbrus Məmmədov 2012-ci ildə "Xəzər Lənkəran"ın əvəzedi heyətinin baş məşqçisi təyin olunub. Gənc futbolçularla güclü komanda yaratmağı bacaran və klubun bir çox yetirməsinin əsas komandaya qədər yüksəlməsində pay sahibi olan Məmmədov 2015-ci ilin yanvar-may aylarında, həmçinin 2016-cı ilin yanvar ayından bugünədək əsas komandanın baş məşqçisi qismində çalışıb.

"Xəzər Lənkəran" Futbol Klubu Elbrus Məmmədova geridə qalan illər ərzində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirir, mütəxəssisə məşqçilik karyerasında yüksəlişlər və davamlı nailiyyətlər arzulayır!

Qeyd edək ki, əsas komandanın baş məşqçisi funksiyasını mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi Ağadadaş Həmidov yerinə yetirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31