29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Mənim üçün “Bakı”dan aldığımız 6:1 hesablı ağır məğlubiyyət unudulmaz oldu"

"Simurq”la müqaviləsini yeniləyən əvəzedici heyətin və uşaq futbol məktəbinin rəhbəri Rövşən Babayev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Rövşən müəllim, yeni müqavilə münasibətilə sizi təbrik edirik. Bu haqda təəssüratlarınızı bizimlə bölüşərdiniz.

- Çox sağ olun. Müqaviləmin müddəti qurtardığından klub rəhbərliyi yeni təklif irəli sürdü və məndə razılaşdım. Daha bir ildə “Simurq”da məşqçilik karyeramı davam etdirəcəm. Klubun prezidenti işimizin nəticəsini gördü və bizə inanaraq növbəti mövsümdə komandanı yenidən mənə tapşırdı. Bizdə öz növbəmizdə çalışacayıq ki, daha yaxşı nəticələr qazanaq. “Simurq” üçün yeni futbolçular yetişdirib, əsas komandanın ixtiyarına verək. Bir sözlə çalışacam ki, növbəti bir ildə də, mənə olan inamı doğruldum.

- Komandaya ilk təyin olunduğunuz vaxt düşünürdünüzmü bu cür nəticə qazanacaq heyət formalaşdıracaqsınız?

- Hər bir məşqçi hara gedirsə işləməyə, özünə inamı olmalıdır. Yeni təyin olunan zaman özümə güvənirdim. Ancaq kollektivi görmədiyimdən nəsə demək çətin idi. Lakin buna qədər izləyirdim və bilirdim ki, “Simurq”un əvəzedici heyəti indiyədək yüksək yerlər tutmasada, burdakı uşaqlardan nəticə qazanıla biləcək komanda yaratmaq olar. Allahın köməkliyi ilə də, buna nail ola bildim.

- İlk günlər hansı çətinliklərlə qarşılaşmışdız?

- Təbii ki, komandanı formalaşdıran zaman seçimlə bağlı oldu. “Simurq”da futbolçunun gündəlik yaşaması, məşq etməsi üçün hər cür şərait var idi. Ancaq futbolçularda “Simurq”a inam yox idi. Ona görə də ilk günlər heç kəs bizim komandada oynamaq istəmirdi. Bu səbəbdən də, regionlara üz tutduq. Kəndlərdən, qəsəbələrdən bacarıqlı uşaqları heyətə cəlb elədik. Bununda nəticəsi olaraq bu gün nəticə qazanan heyətdəki 24 futbolçudan 13-ü Zaqatalanın yetirməsidir.

- Mövsüm ərzində sizin üçün ən yadda qalan oyun hansı oldu?

- Qazanılan qələbə həmişə yadda qalır. Ancaq mənim üçün unudulmaz oyun ikinci turda “Bakı” ilə səfərdə aldığımız 6:1 hesablı ağır məğlubiyyət oldu. Bu görüşdən sonra özümüzə çətin gəldik. Komandada hər kəs cavab qarşılaşmasın gözləyirdi ki, evdə “Bakı”nı məğlub edib, bunun əvəzin çıxaq. İstədiyimizədə nail olduq və ev oyunlarının hər ikisində bu mövsüm çempion olan komandanı məğlub edə bildik.

- Komandamız ev oyunlarının heç birində məğlub olmasa da, səfər görüşlərində vacib xallar itirdi. Bunu nə ilə əlaqələndirərdiz?

- Bunu psixoloji durumla əlaqələndirərdim. Futbolçu hər bir oyuna ən yüksək səviyyədə köklənməlidir. Ev oyunlarının 16-sının 15-də qalib gəldik. Ancaq səfər oyunlarında bu göstəricini göstərə bilməməyimiz, məncə bəzi oyunlara qarşılaşmanın keçiriləcəyi gündə səfərə çıxmağımız olurdu. İlk hissədə uşaqlar oynasalarda, fasilədən sonra artıq 500 kilometrlik yol yorğunluğu hiss olunurdu. “Bakı”yada məğlub olmağımıza əsas amillərdən biri bu oldu.

- “Simurq”a təyin olunan zaman rəhbərliyin qarşınıza qoyduğu şərtlərin öhdəsindən gələ bildiyinizi düşünürsüz?

- Yaxşı nəticə qazanmalı və əsas heyətə yeni futbolçular verməli idik. Birinci tapşırığı yerinə yetirə bildik. “Simurq” bu mövsüm tarixində bir ilk edərək, çempionatı gümüş medallarla tamamladı. Əsas heyətə isə artıq yeni futbolçular vermişik. Komandanın yayda keçirdəcəyi təlim-məşq toplanışlarında əvəzedici heyətdən dörd nəfər dəvət edilib. Bunlar Ruslan Getman, Arzuman Nəsibov, İlqar Hüseynov və Cavad Kazımovdur. Bu bizim 11 aylıq işimizin daha bir nəticəsidir. Düşünürəm ki, qarşımıza qoyulan bir çox hədəfə nail olmuşuq. Yeni müqavilədə də xüsusən bu şərt əsas qoyulub ki, “Simurq”un əsas komandasına yeni futbolçular verməliyik. Nəticə çoxda önəmli olmasa da, əvəzedici heyət yeni simalar ortaya çıxarmalıdır. Ancaq bu o demək deyil ki, əvəzedicilər bu il daha yuxarı yerlər uğrunda mübarizə aparmayacaq. İşimizi düzgün quraraq, növbəti mövsümdə qarşımıza qoyulan hədəflərəə doğru irəliləyəcəyik.  

- Əvəzedici heyətin yeni iş planı haqqında hansı məlumatları verə bilərsiniz?

- Hazırda komanda istirahətə buraxılıb. Bu aydan etibarən seleksiya məşqlərinə start verəcəyik. Meydanın süni örtüyünün dəyişdirilməsi ilə əlaqədar toplanışlarımızın bir hissəsin Qaxda keçirməyi planlaşdırırıq. Bununla yanaşı bir neçə istedadlı futbolçunu heyətə cəlb etmək üçün danışıqlar aparırıq. Ancaq əsas üstünlüyü zaqatalalı və ətraf regionun uşaqlarına verəcəyik. İki həftəlik seleksiya məşqlərindən sonra yoldaşlıq görüşləri keçirməyi planlaşdırırıq. Daha sonra isə fiziki gücün artırılması ilə əlaqədar hazırlıqlara start verəcəyik. Çalışacayıq ki, avqustun əvvəlinə qədər çempionata tam hazır olaq. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31