25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Həmkarından Orxan Məmmədova dəstək: “Hər zaman yanındayıq"

FIFA referisi Rəhim Həsənov həmkarı, övladının sağlamlığında ciddi problem olan Orxan Məmmədova dəstək verib. Rəhim Həsənov Futbolxeber.az saytına açıqlamasında həmkarının yanında olduqlarını qeyd edib: “Hakim kimi həmkarımızın yanındadıq. Hər zaman ona dəstək olmağa hazırıq. Bu haqda nəsə deməyə ehtiyac yoxdur. Hər birimiz bacardığımız dəstəyi etməliyik. Konkret nəsə danışmağa da gərək yoxdur. O vəziyyətdə olan insana təkcə hakimlər yox, hər bir vətəndaş kömək etməlidir. Orxanı özünü görməmişik. Hazırda o, Avropa çempionatında iş başındadır”.

Qeyd edək ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət beynin normal inkişafının pozulmasından əziyyət çəkir. 4 dəfə Bakıda əməliyyat olunan körpə, artıq xaricdə müalicə almalıdır. Onun beyninə su yığılır. Yaşaması üçün Nemət Moskvada əməliyyat olunmalıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30