28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

AFFA meydanı tərk etdən komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

08 iyun 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Emil Fərzəliyev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

04 iyun 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Binə Bələdiyyəsi” – “Qızılağac” matçının 44-cü dəqiqəsində “Binə Bələdiyyəsi” klubunun 15 №-li futbolçusu Emin Mollayev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyun 90-cı dəqiqəsində “Qızılağac” klubunun 2 №-li futbolçusu Vüqar Eyvazlı hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

05 iyun 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Viləş” matçının 41-ci dəqiqəsində “Viləş” klubunun 5 №-li futbolçusu Ruhin Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 90+3-cü dəqiqəsində “Suqovuşan” klubunun 2 №-li futbolçusu Fərid Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

06 iyun 2013-cü il Həvəskarlar Liqasının “16 UGİM” – “Quba OK” matçının 80-ci dəqiqəsində “Quba OK” klubu meydançanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 53).

26 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Kümrük” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Fərid Məmmədli hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 42.3).

01 iyun 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Olimp” – “Çevik” matçının 25-ci dəqiqəsində “Olimp” klubunun 5 №-li futbolçusu Tərlan Məmmədovla 7 №-li futbolçusu Cahangir Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31