24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“İnter”də həyəcanlı anlar: Rauf Əliyev faciədən döndü

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində baş tutan “İnter” - “Sumqayıt” matçının sonlarında həyəcanlı dəqiqələr yaşanıb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, matça əlavə olunmuş dəqiqələrdə epizodların birində qonaqların cərimə meydançasında Cəmil Hacıyevin Rauf Əliyevə toxunuşu ikinci üçün az qala faciə ilə nəticələnəcəkdi.

Belə ki, oyun epizodunda rəqibinə zərbə endirən Cəmil milli hücumçunu nokdaun vəziyyətinə salıb. Huşunu itirərək yerə yıxılan Əliyevin köməyinə futbolçular və həkimlər qaçıb.

Vəziyyətin ciddiliyini görən həkimlər təcili tibbi yardım maşınını birbaşa oyun sahəsinə dəvət ediblər və “İnter”in hücumçusu oyundan xəstəxanaya aparılıb.

Hadisənin səbəbkarı Hacıyev qırmızı vərəqə ilə cəzalandırılıb, qonaqların qapısına isə penalti təyin edilib. Epizodun davamında isə “bankirlər” hesabı bərabərləşdirblər.

Qeyd edək ki, Raufun xəstəxanaya aparılmasından sonra hər üç dəyişiklikdən istifadə etmiş meydan sahibləri qarşılaşmanın son dəqiqələrini 9 nəfərlə keçiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30