26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən daha bir çempionluq

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib. Futbolxeber.az saytının məlumatına görə, Hüseynqulu Quliyevin yetirmələri çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından kluba mövsümdə 4-cü çempionluğu qazandırıb. U-14 komandasın Bakcell Elit kubokunu da nəzərə alsaq, U-19-un çempion olması ilə mövsümdə 5-ci titul əldə edilib.

“Qırmızı-qaralar” çempion tituluna XVII turdan təxirə salınan “Neftçi” ilə ev oyununda sahib çıxıb. 4:0 hesabı ilə qalib gələn komanda 19 oyundan sonra xal hesabını 52-yə çatdırıb. Bununla da “Qəbələ” “Zirə”ni arxada qoyaraq, liderliyi ələ alıb. Quliyevin yetirmələri son tur öncəsi izləyicisindən 2 xal öndə olsa da, “Bakı” ilə baş tutmayan görüşə görə İntizam Komitəsi tərəfindən texniki qələbə alacağından üstünlüyü 5 xala qədər artacaq. Bu isə son tur və təxirə salınan digər matçın nəticəsindən asılı olmayaraq, I yerin taleyinə aydınlıq gətirib. Qızıl medalları təmin edən komanda mövsümün son matçlarına çempion kimi çıxacaq.

U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının “Çempionlar yolu”nda çıxış etmək hüququ qazanır.

Xatırladaq ki, “Qəbələ” 2012/2013 mövsümündən keçirilən U-19 Liqasının daimi mükafatçısıdır. İlk yarışın qalibi olan “qırmızı-qaralar” 2013/2014 mövsümündə gümüş, 2014/2015 mövsümündə qızıl medal qazanıb. Komanda bu yarışda həm ikiqat çempion, həm də dördqat mükafatçı olan yeganə klubdur.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30