19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tərlan Əhmədov: “Yaxşı oyun yaddan çıxacaq, amma tarixdə nəticə qalacaq”

“Asan oyun, asan qələbə olmur. Qələbə üçün əzmkarlıq tələb olunur”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis Lənkəran klubu üzərindəki minimal hesablı qələbəni belə şərh edib: “Mövsümün sonuna yaxın yorğunluq öz sözünü deyir. Bu gün sırf nəticəyə köklənmişdik. Əvvəlki turda “Rəvan”a uduzmuşduq. Ona görə də bu gün bizə 3 xal çox lazım idi. Artıq futbolda zəif rəqib yoxdur. Futbolçu özünü qarşılaşmaya kökləyəcəksə, elə də nəticə alınacaq. "Xəzər Lənkəran" bizə sürpriz etdi. Oyuna çox yaxşı başladılar. Lakin lazım olan qolu biz vurduq. Yaxşı oyun yaddan çıxacaq, amma tarixdə nəticə qalacaq. Oyunçularıma qazandıqları qələbəyə görə təşəkkür edirəm”.

Əhmədov növbəti turda “Neftçi”ni də məğlub etməyə çalışacaqlarını qeyd edib: “Artıq bu oyunu unudub, növbəti turda “Neftçi” ilə qarşılaşmanı düşünməliyik. Həmin görüşdə də qələbə qazanmağa çalışacağıq. Bu halda rəqibdən bir qədər də uzaqlaşacağıq” (CBC-Sport)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30