24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Hakim iki penaltimizi vermədi"

"Mənə "Neftçi" ilə oyundakı epizodların təkrarına baxmaq lazım deyildi. Çünki oyunda hər şeyi dəqiq görmüşdüm. Baş hakim iki penaltimizi təyin etmədi". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi" ilə oyundan sonra hakimlik haqda narazılıqlarını çəkinmədən deyən ukraynalı mütəxəssis FİFA referisi Əliyar Ağayevi kəskin təndiq etmişdi. Qriqorçukun fikrincə, baş verənlər onlar üçün nə qədər ağır olsa da, bunu istənilən halda, yaşamağı bacarmaq lazımdır: "Buna görə sakitəm. AFFA hakimi cəzalandıracaq? Bundan bizə nə?"

Bununla belə, Qriqorçuk AFFA Hakimlər Komitəsinin bugünkü toplantısının mətbuat üçün açıq olacağına dair qərarı müsbət saydığını bildirib: "AFFA hakimliyin müzakirəsi ilə bağlı toplantını media üçün açıq etməklə düzgün addım atıb. Mən bunu dəstəkləyirəm. Belə müzakirələrin mətbuatın iştirakı ilə olmasının tərəfdarıyam. Fikrimcə, bu, yaxşılığa doğru addımdır. Daim olmasa da, belə praktika Ukraynada da olub. Mən kimisə müzakirə edə bilmərəm. Sadəcə, belə hesab edirəm ki, AFFA-nın addımı ümumiyyətlə, futbolun inkişafı baxımından yaxşıdır. Mənin yaxşı hakimliyə nəinki ehtiyacım var, bütün insanları bir-birinə hörmət etməyə çağırıram. Məşqçilər, futbolçular, jurnalistlər, federasiya, klub rəsmləri arasında qarşılıqlı hörmət olmalıdır. Bu, əsas məsələdir və olarsa, futbol inkişaf edəcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30