29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dodo: “Neftçi” ilə oyunda qazana bilməsək...”

“Neftçi” ilə qarşılaşmanın ağır keçəcəyini düşünürəm. Lakin bizi bu matçda 3 xal qane edir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib.

Braziliyalı yarımmüdafiəçi vətənində verdiyi açıqlamada “Neftçi” ilə mayın 1-də keçiriləcək çempionat oyunu və mövsümün finişi haqda fikirlərini açıqlayıb: “Bu üzdən yaxşı nəticə qazanmağa çalışacağıq. Uğurlu seriyaya imza atıb, Avropa Liqasına vəsiqəni təmin etmək istəyirik. Əgər qələbə qazana bilməsək, istəyimizə çatmaq uğrunda mübarizədə işimizi çətinə salacağıq. Bu da bizim üçün mövsümün uğursuz sonluğu olacaq”.

“Qəbələ” ilə anlaşması mövsümün sonunda başa çatan yarımmüdafiəçi bildirib ki, gələcək karyerasına hələ aydınlıq gətirməyib: “Müqaviləm mövsümün sonunda başa çatacaq. Gələcək karyeramla bağlı qərar verməmişik. Hər şeyi uğurla başa vurandan sonra bu məsələyə də aydınlıq gətirəcəyik. Müqavilə məsələsinə mövsümün son qarşılaşmasından sonra tam aydınlıq gəlməsini istəyirəm”.

Qeyd edək ki, Dodo “Qəbələ”nin tarizində ən çox oyun keçirən futbolçudu.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31