20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçala”nın prezidenti: “Futbolumuzu danışılmış oyunlar geri salır”

“Məşqçilər Komitəsi ilə görüşümüz çox yaxşı keçdi. Sizin də gördüyünüz kimi, bir çox məsələlər müzakirə edildi. Düşünürəm ki, belə görüşlər tez-tez olmalıdır. Çünki bu cür görüşlərin klublara yalnız faydası var”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçala”nın prezidenti Famil Səfiyev deyib.

Bu gün “Bakı”nın bazasında I divizion klublarının nümayəndələri ilə Məşqçilər Komitəsi arasında görüş baş tutub. Görüşdə “Neftçala”nın prezidenti komandasının növbəti mövsümdə Premyer Liqada çıxış etmək iddiasında olduğunu vurğulayıb: “Bəli, Premyer Liqada oynamaq istəyirik. Amma hələ çempion olmamışıq. Hər şeyə çempionat başa çatdıqdan sonra aydınlıq gələcək. Klub rəhbəri olaraq bildirmək istəyirəm ki, Premyer Liqada oynamağa qadirik. Hazırda müəyyən çatışmazlıqlarımız osla da, zamanla onları da aradan qalrıdacağıq”.

I divizionda tez-tez bəzi oyunların danışılmış olması haqda xəbərlər yayılır. “Neftçala”nın prezidenti komandasının belə işlərlə məşğul olması fikrini yaxınja buraxmayıb: “Neftçala” klubu heç vaxt danışılmış oyunlara getməyib. Bu, iyrənclikdir. Elə futbolumuzu da danışılmış oyunlar geri salır. Belə əməllərə əl atan insanlar Azərbaycan futbolunun inkişafını istəməyənlərdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30