20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”a bu hesabla uduzmaq istəmirdik”

“Oyuna yaxşı başladıq. Matçın ilk 15-20 dəqiqəsində “Qarabağ” hücuma çıxa bilmirdi”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “İnter”in hücumçusu Vüqar Nadirov deyib.

Təcrübəli forvard ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları görüşü belə şərh edib: “Qarabağ”ın vurduğu ilk qol bizi “sındırdı”. Hesabda geri düşdükdən sonra özümüzə gəlmək istəyirdik. Hesabı bərabərləşdirmək üçün çalışsaq da, istəyimizə çata bilmədik. “Qarabağ”a bu hesabla uduzmaq istəmirdik”.

Vüqar Nadirov qeyd edib ki, hələ də Avroliqaya yollanmaq ümidləri var: “Bu mövsüm Avroliqada oynaya bilərik. Hələ dəqiq heç nə bilinmir. İdman Arbitraj Məhkəməsinin çıxaracağı qərarı gözləyirik. İstəniən halda, bu məsələ çıxışımıza təsir göstərmir. Meydana çıxıb, əlimizdən gələni edirik. Avroliqaya yollanacağımıza ümid edirik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30