29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Zaur Əzizov: “Əliyar Ağayevə nəsə deməyə utanıram, amma o eşitməkdən utanmır”

“Qəbələ”nin baş meneceri Zaur Əzizov Futbolxeber.az saytına müsahibə verib.

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Qəbələ” səfərdə “Neftçi” ilə heç-heçə oynadı. 1:1 hesabı ilə yekunlaşan görüş haqda nə deyə bilərsiz?

- Maraqlı qarşılaşma alındı. Komandamız mövsümdəki ən yaxşı oyunlarından birini sərgilədi. Böyükhesabla qalib gələcəyimiz görüş idi. Amma alınmadı. Nəticəyə pis demək olmaz. Çünki səfərdə qol vurmuşuq. Düşünürəm ki, eyni oyunu Qəbələdə də göstərib, finala adlayacağıq.

- Hiss olunur ki, baş məşqçi və futbolçular kimi klub rəhbərliyi də hakimlərdən narazı qalıb.

- Biz heç vaxt hansısa künc zərbəsinə, auta və ya cəriməyə görə danışmamışıq. Bundan sonra da danışmayacğıq.Amma bu mövsüm başda Əliyar Ağayev olmaqla, bir çox hakimlər oyunun nəticəsinə təsir edən səhvlərə yol veriblər. Təmiz qol vurmuşuq, saymayıblar. Qapımıza vurulan olmayan qollar hesaba alınıb. Penaltilərin sayı-hesabı yoxdur. Əliyar Ağayevin idarə etdiyi 3-4-cü oyundur ki, hakim nəticəyə birbaşa təsir göstərən səhvə yol verir. Hansı oyunumuza gəlirsə, həmişə belə olur. “Qəbələ” klubu olaraq hamının hörmətini saxlayırıq. Çalışırıq hakimliklə gündəmə gəlməyək. Lakin hazırda elə vəziyyət yaranıb ki...Bundan o tərəfi yoxdur. Əliyarın özünə də etirazımızı bildirdik.

- Özünə necə haqq qazandırdı?

- Həmişə kimi danışdı. Başqa nə deyəcək ki? “Mən belə gördüm”. Ancaq biz “mən belə gördüm”lərdən doymuşuq. Bu cür sözlər eşitməyi artıq geridə qoymuşuq.

- Sizcə “Qəbələ”nin əleyhinə qəbul olunan qərarlar nədən qaynaqlanır?

- Bunu hakimlər özləri yaxşı bilər. Sürümək necə olursa, bizə qarşı elə də edirlər. Açıq-aşkar “Qəbələ”ni sürüyürlər. Oyunun nəticəsinə təsir edir edən səhvlərə yol verirlər. Adi oyun epizodları olsaydı, heç buna görə ağız da açmazdıq.

- Roman Qriqorçuk iddia edir ki, “Qəbələ” cari mövsümdə hakim səhvlərinə görə 15 xal itirib. Onun dedikləri ilə razısız?

- Əlbəttə. Hətta mən deyərdim ki, xal sayı 15-dən də çoxdur. Bir mövsüm ərzində 15 xal zarafat deyil. Hakimlər bu qədər ön planda olmalı deyillər.

- Necə düşünürsüz, “Qəbələ”yə qarşı yönələn qərəzli qərarlar nə vaxta kimi davam edəcək?

- Mən Əliyara nəsə deməyə utanıram, amma o eşitməkdən utanmır. Nə qədər söz demək olar? Heç vaxt hakimlərin idarəçiliyinə görə səs-küy salmaq fikrimiz olmayıb. Amma danışmamaq da olmur. Meydanda Əliyar Ağayev tək deyildi. Ondan başqa 5-6 hakim də var. Necə olar bilər ki, onlardan heç biri epizodu görməsin?

- AFFA-nın çıxardığı qərara əsasən, “Qəbələ” Ruslan Əmircanova 40 min dollar ödəməlidir. Çıxarılan qərar sizi qane edir?

- Biz Ruslan Əmircanovun öhdəliklərini tam yerinə yetirmişik. Bu günə qədər “Qəbələ”yə saysız-hesabsız futbolçu gəlib-gedib. Amma belə hal heç vaxt olmayıb. Mümkündür ki, maaşda müəyyən müddət gecikmə olsun. Bu da hər yanda ola bilər. Bir daha təkrar edirəm ki, Əmircanov qarşısında ödəliklərimizi yerinə yetirmişik. Özü də biz heç vaxt şifahi şəkildə danışmırıq. Hər şeyi faktlarla göstəririk. Lazım olan bütün sənədləri də AFFA-ya təqdim etmişik. Futbolçunun iddiasının cəmi 25-30 faizi təmin edilib. Amma bu qərarla da razı deyilik.

- Deməli, qərardan apellyasiya şikayəti verəcəksiniz?

- Hazırda bu barədə dəqiq bir söz deyə bilmərəm. Yaxın günlərdə məsələni klubun daxilində müzakirə  edəcəyik.

- AFFA-nın çıxardığı qərarı futbolçunun qələbəsi kimi təqdim olunması fikri ilə razısız?

- Bu, hüquqi məsələdir. Hər iki tərəfin öz iddiası, öz əsasları var. FIFA-da minlərlə belə iş var. Udanda heç kim bayram etmir. Qarşı tərəfin də bu qərardan razı qaldığını düşünmürəm. Çünki onun istəklərinin yalnız çox az qismi təmin olunub. Bir daha təkrar edirəm ki, biz hər zaman futboçular qarşısında öhdəliklərimizi tam yerinə yetiririk. Elə futbolçular var ki, zədə alıb, mövsüm boyu  oynamayıb, rəqabətdə uduzaraq heyətə düşməyib. Lakin heç kimlə belə problem yaşanmayıb.

- Müqavilə imzalanarkən yerli və legioner futbolçular arasına fərq qoyulması haqda deyilənlərin nə qədər əsası var?

- Belə  bir fikir irəli sürmək üçün heç bir əsas yoxdur. Biz heç vaxt oyunçular arasında fərq qoymuruq. Hər hansı fərq qoyulsaydı, bu gün Ruslan Əmircanov AFFA-ya müraciət edə bilməzdi. Bu gün onun əlində sənədlər varsa, deməli heç bir fərq qoyulmur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31