26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "4:0 hesabı ilə qalib gəlsək də, oyundan razı qalmadım”

"4:0 hesabı ilə qalib gəlsək də, oyundan razı qalmadım. Süni örtüklü meydançada top itkilərinə yol verdik. Bunu aradan qaldırsaq, daha da yaxşı olacaq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. "İnter"ə də uğurlar arzu edirəm". Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"in qonağı olan "Qarabağ" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Qarşılaşmadan sonra ağdamlıların çalışdırıcısı oyunla bağlı fikirlərini səsləndirib.

- Klub prezidenti Tahir Gözəl də qələbəyə şad olduğunu desə də, oyunda çox da razı qalmadığı bildirdi. Klub başqanı müsahibəsində təlim-məşq toplanışının müddətini artıra biləcəklərini dedi...

- Təlim-məşq toplanışının müddətini artırmaq barədə hələ planlaşdırmamışıq. Bizim özümüz də xarici ölkədə çox olmaq istəyirik. Futbolçuların durumuna baxmaq lazımdı. Hər gün əlavə xərc deməkdi. Klub rəhbərliyi də bizə dəstək olur.

- Premyer Liqanın növbəti turunda "Zirə"ni məğlub etsəz, çempionluğu rəsmiləşdirəcəksiz. Bu qələbə komandaya oyunöncəsi əlavə motivasiya verə bilərmi?

- Burda iki variant var. Yaxşı qələbədən sonra futbolçularda bəzən motivasiya yüksək, bəzən də aşağı olur. Fərqli turnir olduğu üçün narahat deyiləm. Motivasiya baxımından problem olmayacaq.

- Muaremin zədəsi nə yerdədi?

- Bu barədə fikir bildirə bilməyəcəyik. Onun durumuna sabah aydınlıq gələcək.

- Finalda hansı komanda ilə üz-üzə gəlmək istəyirsiz - "Qəbələ", yoxsa "Neftçi"?

- Biz heç vaxt kimisə istəmirik. Bizim qarşıda hələ cavab oyunumuz var.

- Migeli transfer etməmişdən öncə onun belə yaxşı oyun sərgiləyəcəyini gözləyirdinizmi?

- Migeli bəyənib götürmüşdük. Böyük təcrübəyə malik oyunçudu. Xeyli sayda La Liqada matça çıxıb. Topla davranmağı daha çox xoşlayırlar. Ümidlərimizi doğruldur.

- Cari mövsümdə Premyer Liqadakı rəqabətsizlik komandanın avrokuboklardakı çıxışına mənfi təsir göstərə bilər. Bu, sizi qorxutmur?

- Ümumiyyətlə, hər zaman qorxu var. Uğurlu nəticə əldə etdikdən sonra qorxu daha da çoxalır. Çünki səndən daha artıq uğur gözləyirlər. Düşünürəm ki, futbolçuların təcrübələri var. Biz təlim-məşq toplanışında daha çox Avroliqada çıxış edən komandalara qarşı oynayırıq. Bu gün bunların adlarını bilmirik. Çalışırıq ki, həmin fürsətdən istifadə edək. Digər tərəfdən 4-5 milli komandamızın oyunçuları var. Bu da əlavə köməkdi. Problem ola bilər. Çalışacağıq ki, bunu hiss etdirməyək.

- Məqsədə çatandan sonra, komandaya istirahəti hansı şəkildə verməyi düşünürsüz?

- Yorğunluq çoxalırsa, deməli, istirahətə də ehtiyac var. Məşq üçün zamanımız da olmur. Biz Avroliqanın qrupunda mübarizə aparanda da bəzi oyunçuları çox yükləmirdik. Görsəm ki, hansısa oyunçu çox yüklənib, istirahət olacaq. Ancaq çalışacam ki, əsas heyətlə oynayaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30