28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” Azərbaycanın haqlı tələbini idman yolu ilə dünyaya çatdırmaq istəyir”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter”i 4:0 hesabı ilə darmadağın etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının ənəkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Qarabağ”ın böyükhesablı qələbəsi haqda nə deyə bilərsiz?

- Bu qələbə sayəsində böyük üstünlük qazanmışıq. “Qarabağ” bu gün kifayət qədər oynayəır. Amma daha yaxşı oynayan “Qarabağ” görmək istəyirəm. Hədəfimizi böyütməliyik. Qərara gəlmişik ki, yay təlim məşq toplanışının vaxtını uzadaq,. Hazırlıq prosesidə daha iddialı komandalarla qarşılaşaq. Miçel çox gözəl çıxış edir. O, oyunu ilə bizi yaxşı mənada təəccübləndirib. Reynaldonun qol vurmağı da məni sevindirir.

- “Qarabağ” inamlı oyunu çıxışında rəqiblərin zəifləməsinin nə dərəcə rolu var?

- Razıyam ki, bugünkü oyunun səviyyəsi yüksək deyildi. Rəqib komandanın heyətində gənclər var. 90 dəqiqə ərzində qaçırlar. “Qarabağ”ın isə oyun quruculuğu yüksək səviyyədədir. Kifayət qədər təcrübəmiz var. Qurban Qurbanova hər zaman olduğu kimi inanıram. “Qarabağ” kifayət qədər yaxşı oynayır, amma super yox.

- Komandanızın super oynamamasına rəqiblər tərəfindən ciddi müqavimət görməməsi təsir edir?

- Bəli, bu məqamın təsiri var. Bu gün üçün “Qarabağ” qarşısındakı rəqiblərə qarşı lazımlı qədər oynayır. Amma yenə deyirəm ki, mən komandadan super oyun gözləyirəm.

- Çempionatın səviyyəsinin aşağı düşməsi fikri ilə razısız?

- Bu, faktdır. Elə bu məqamı nəzərə alaraq, qərara gəlmnişik ki, yay toplanışının vaxtını uzadaq. Bu haqda elə bu gün baş məşqçimizlə söhbətimiz olacaq.

- Qurban Qurbanov  bu təklifi dəstəkləyir?

- Təklif elə ondan gəlib. Yay toplanışımız Avstirayada olacaq. Müddəti uzatmaq və güclü rəqiblərlə üz-üzə gəlmək istəyirik. Hazırda Azərbaycan xalqı savaşla üz-üzədir. Qarşı tərəf iddiasından vaz keçmir. “Qarabağ” klubu Azərbaycanın haqlı tələbini idman yolu ilə dünyaya çatdırmaq istəyir.

- Yayda yeni transferlər olacaq?

- Transfer reallaşdırmağa hazırıq. Bu məsələyə birbaşa Qurban Qurbanov nəzarət edir. Düzdür, “Qarabağ”ın büdcəsi qeyri-məhdud deyil. Lakin yaxşı oyunçuları hər zaman heyətimizə qatmaq istəyirik.

- Demək olar ki, “Qarabağ”ın bu dəfə məqsədi mütləq Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır?

- Arzumuz budur. Qarşıdakı 2-3 ay staretiji baxımdan çox önəmlidir. Bəlkə də tezliklə torpaqlarımızı geri qaytardıq. Biz də istəyirik ki, belə bir vaxtda Avropada tarix yazaq.

- Azərbaycan dövləti orduya ən yüksək səviyyədə diqqət yetirir. Sizcə, “Qarabağ”a da dövlət tərəfindən yardım olunmalıdır?

- Dövlətdən kömək olsa, məmuniyyətlə qəbul edərik. Cənab prezidentimiz İlham Əliyev daha əvvəl bizi qəbul etdi. Dövlət başçısı komandaya maddi dəstək də verdi. Göstərilən diqqətə görə çox sevindik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31