24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

​Cavid Hüseynovun məhkəməsində “Qəbələ”nin meneceri ifadə verəcək

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid Pərviz Qabilzadə ifadə verib. O, C.Hüseynovla vaxtilə birgə məşq etdiyini, lakin 10 ildir onunla əlaqəsi olmadığını deyib: "Elşən mənə dedi ki, Rasim mənə söyüş söyüb, onunla davaya gedirəm. Mən də Samirə zəng etdim ki, onları dava etməyə qoymayım".

Cavid Hüseynov isə R.Əliyevlə görüşəndə ona pul təklif etmədiyini deyib: "Həmin vaxt yanımda "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı olub".

Vəkil Adəm Məmmədov Səbuhi Səfiyarlının və digər şahid Zəfər Şərifovun əlavə şahid qismində məhkəmədə ifadə vermələri üçün vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmənin növbəti prosesi mayın 4-nə təyin olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30