29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Təbriz Həsənov: “Avropa çempionatı öncəsi futbolçuların motivasiyası yüksəkdir”

“Komandamızda vəziyyət çox yaxşıdır. Gündə 2 dəfə hazırlıqlarımızı davam etdiririk”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib.

T. Həsənov qeyd edib ki, Avropa çempionatı öncəsi yığmamız 2 yoxlama oyununda qüvvəsini sınayıb: “Aprelin 18-dən məşqlərə start vermişik. 8 gün ərzində komandanın fiziki-funksional hazırlığının artırılması yolunda çalışdıq. Bu müddətdə 2 yoxlama oyunu keçirdik. U-19 millisinə 3:2 hesabı ilə qalib gəldiyimiz halda, “Qarabağ”ın əvəzediciləri ilə heç-heçə oynadıq - 2:2”.
Yığmamızın çalışdırıcısı zədəli futbolçuların son durumuna da toxunub: “Hüseyin Seyliqlinin zədəsi davam edir. Düzdür, artıq yüngül məşqlərə başlayıb. Lakin indidən onun durumu ilə bağlı dəqiq bir söz demək mümkün deyil. Kapitan Elçin Əsədovun da kiçik zədəsi var idi. Amma hazırda onun vəziyyəti yaxşıdır”.

Təbriz Həsənov Avropa çempionatı üçün yekun heyəti mayın 1-də açıqlayacağını qeyd edib: “Hazırda futbolçular özlərini yaxşı tərəfdən göstərirlər. Avropa çempionatı öncəsi futbolçuların motivasiyası yüksəkdir. Hər bir futbolçu heyətə düşmək üçün əzmlə çalışır. Bu da məni sevindirməyə bilməz. Mayın 1-də Avropa üçün yekun “18-liy”i açıqlayacağam”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31