28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Getməyə pis baxmıram, təki "Xəzər Lənkəran" yaşasın” (Müsahibə)

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXXI turunda "Qəbələ"yə evdə məğlub oldunuz. Erkən qol buraxdıqdan sonra dönüş edə bilməməyinizə səbəb nə oldu?

- Udulası oyun idi. Son görüşləri götürsək, həqiqətən də uşaqlardan narazılığım yoxdur. Gözəl oyun sərgilədilər. Sadəcə, yekun nöqtəni qoymaq üçün soyuqqanlılıq çatmır. Ümidvaram ki, sona qədər döyüşəcəyik.

- Artıq, həm "Xəzər Lənkəran"ın, həm də "Rəvan"ın aktivində 14 xal var. İki komandadan biri aşağı liqaya düşəcək...

- İnanıram ki, biz düşməyəcəyik.

- "Qəbələ" ilə oyunda Orxan Sadıqlı və Nodar Məmmədov arasında mübahisə yaşandı...

- Paltardəyişmə otağına girəndə onlar qucaqlaşıb oturmuşdular. Komanda qalib gəlmək istəyir, ona görə də bir az əsəblər tarıma çəkilir və anlaşılmazlıq olur. Futbolda belə hallar baş verir.

- Paltardəyişmə otağında qucaqlaşıb otursalar da, bunu komandadan başqa heç kim görmür. Ancaq iki futbolçunun mübahisəsini hər kəs gördü. Həm stadiona toplaşan azarkeşlər, həm də oyunu televiziyadan izləyənlər...

- Bilirəm. Özləri də bunu başa düşdülər və üzr istədilər.

- Futbolçularla məsələ ilə bağlı söhbət etdiniz?

- Oyundan dərhal sonra danışdıq. Bu barədə uşaqların hamısı ilə söhbət etmişik.

- Neçə oyundur deyirsiniz ki, komandada son nöqtəni qoymaq çatışmır. İndidən yayın planlarına başlamısınız: yeni mövsüm üçün nə düşünürsünüz?

- Demək olar ki, hər bir xəttə yeni futbolçular gəlməlidir. Müdafiədən hücuma qədər olan hər bir mövqeyə gücləndirmə olmalıdır.

- Müdafiədən hücuma güclənmək üçün 10 futbolçu transfer etmək lazımdır. İnanırsınız ki, rəhbərlik bu qədər transferə razılıq verəcək?

- 10 olmasa da, 5 futbolçu lazımdır. Əziyyət çəkən uşaqları komandadan çıxarası deyilik. Uşaqların əziyyəti var və əksəriyyəti gəncdir. Gələcəkdə bizə kömək edəcək, komandanın şərəfini qorumağa layiq olan futbolçular var.

- Klubun vitse-prezidenti Tuqyun Nadirov da komandada yeni futbolçulara ehtiyacın olduğunu bildirib. Yay transfer pəncərəsində yerli, yoxsa legioner futbolçular transfer ediləcək?

- Bu barədə hələ söhbətimiz olacaq. İllik büdcə tutulmalıdır. Bundan sonra transfer siyasətinə aydınlıq gələcək.

- Yaxşı yerli futbolçuların hamısı müxtəlif komandalarda çıxış edir...

- Bunu bilirəm (gülür). Bütün milliyə layiq olan, yaxşı futbolçular hamısı klublardadır və müqavilələri var. Yenə də söhbət edirik. Ola bilər ki, icarəyə götürək və ya namizədimiz öz klubunda əsas heyətə düşə bilmirsə, onu götürəcəyik. İstərdim ki, transferlər, əsasən, legionerlər olsun. Yenə də bu məsələlərə mayın axırında aydınlıq gələcək. Ayrılan büdcəyə uyğun da addım atacağıq. Mövsümün sonunda klub prezidenti ilə danışacağıq.

- Sizin yeni mövsümdə "Xəzər Lənkəran"da qalıb-qalmayacağınız dəqiqləşib?

- Bu məsələ də mayın sonunda bilinəcək. Klub prezidenti bildirib ki, əziyyətə görə qalacaqsan. Mübariz Mənsimov böyük dəstək göstərə bilər. Mən getməyə pis baxmıram, təki "Xəzər Lənkəran" yaşasın.

- Son turda "Rəvan" AZAL-a qalib gəldi. AZAL avrokuboklar üçün oynayan, "Rəvan" isə heç bir iddiası olmayan komandadır. Bu nəticə sizi təəccübləndirmədi?

- Qətiyyən yox. Orada da futbolçular əziyyət çəkib və qələbə qazanıblar. Mən onların qələbəsinə kölgə sala bilmərəm.

- Qarşıdakı 5 turda çətin oyunlarınız var. O cümlədən, sonun turda "Rəvan"la, yəqin ki, həlledici oyuna çıxacaqsınız...

- Bəli, oyun Bakıda olacaq. İtiriləsi bir şeyimiz qalmayıb. Ancaq önümüzə baxırıq. Çətin oyunlar qalıb.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31