19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ"dən növbəti çempionluq

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan "Qəbələ" daha bir liqanı çempionluqla tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən "qırmızı-qaralar" U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.

Bu gün U-16 Liqasında keçirilən "Rəvan" - "Qəbələ" matçından sonra qonaqlar 2012-2013 mövsümünün qalibi adını qazanıb. "Qəbələ" qalib adına keçirdiyi 22 oyundan sonra yiyələnib. "Rəvan"la matç komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə qələbə qazandıran qollara Roman Hüseynov və Ülvi İskəndərov imza atıb. Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran "qırmızı-qaralar" 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan "Neftçi" üçün əlçatmaz olub. Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan "Qəbələ" çempionluğu təmin edib.

Xatırladaq ki, yekunlaşmayan U-15 Liqasında da "Qəbələ" çempionluq şansını saxlayır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30