16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Samir Abbasov: “Hər gün dua edirəm ki, çempionat tez qurtarsın”

“O, “SUMQAYIT”A GƏLMƏKDƏNSƏ, “QƏBƏLƏ”DƏ 4-CÜ OLMAĞA RAZIDIR”

“Nə baş verdiyini anlamadım. Oyunsonrasi mətbuat konfransına qatılmağım məcburi olmasaydı, heç gəlməzdim. Çünki nə deyəcəyimi bilmirəm. Ona görə də suallarınız varsa, buyurun”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”lə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.

- Sizə elə gəlmir ki, artıq bu heyətə güvənməyə ehtiyac yoxdur? Sanki komanda oynamaq istəmir...

- Sizcə oynamaq istəmirlər, yoxsa bacardıqları budur? 4-5 il oynayan futbolçu belə səhvlər edirsə, mənim deməyə sözüm yoxdu. Mən 4-5 il mütəmadi olaraq Premyer Iiqada oynasaydım, daim milliyə dəvət alardım. Hər gün dua edirəm ki, çempionat tez qurtarsın. Çətindir, çox çətindir.  

- Vaqif Cavadovun oyunu barədə nə deyə bilərsiz?

- O, bu gün meydanda yaxşılardan biri idi.

- Onun oyununda sizi nə qane etdi?

- Oyun ərzində cəmi 3 dəfə top itirdi. Vaqifin itirdiyi bəzi toplarda da günah ondan çox, müdafiəçi Slavik Alxasovda idi. Çünki 2 nəfər Vaqifin üstünə top almaq üçün gedirsə, ona kömək etmək lazımdır.

- Qeyd etdiniz ki, mövsümün başa çatması üçün dua edirsiniz. Siz komandadan gedəcəksiniz, yoxsa futbolçulr?

- Xeyr, heyət dəyişiləcək.

- Hansı futbolçuları komandadan göndərəcəksiz?

- Mövsümün sonuna 5 tur qalıb. Onsuz da kimlərin gedəcəkləri yanvardan dəqiqləşib. Hazırkı heyətdən komandada cəmi 5-6 nəfər qalacaq.

- Yeni mövsümü yeni heyət formalaşdıracaqsınız...

- Marağımızda 12-13 futbolçu var. Onları qış fasiləsində heyətə cəlb etmək istəyirdik. Lakin rəhbərlik əlindən gələni etsə də, transferləri reallaşdırmaq mümkün olmadı. Bir çoxunun klubla müqaviləsi var idi. Üstəlik, burada klubun adı da önəm daşıyır. Götürək, Pavel Paşayevi. O, “Sumqayıt”a gəlməkdənsə, “Qəbələ”də 4-cü olmağa razıdır.

- “Kəpəz”lə oyun heç-heçə başa çatsaydı da, bu fikirləri səsləndirəcəkdiniz?

- Bəli. Çünki oyunu udmaq istəyirdik. Amma nəticəni qoyuram bir qırağa. Mən yükü boynumdan atmıram. Amma futbolçuya başa salırsan, başa düşmür. Adi epizodlarda səhv edirlər. Mən ir səhvi 2, 3 gün edərəm. Amma beşinci gün daha etmərəm. Müdafiəçi ona qarşı oynayacaq hücumçunun üstünlüklərini bilməlidir. Bunu 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30