28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin futbolçusundan etiraf: “Ümidimiz kubokadır”

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı R. Hacıyevin müsahibəsini təqdim edir:

- Qolsuz başa çatan oyun barədə nə deyə bilərsən?

- Oyun çətin keçdi. Meydana qələbə üçün çıxmışdıq. Biz hər oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmağı çox istəyirdik, lakin əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Qarşıda kubok oyunu var. Ümidimiz kubokadır.

- Yəni, “Neftçi”nin Avroliqaya çempionatdan yollanmaq şansının tükənmək üzrə olduğunu etiraf edirsən?

- Yox, belə deməzdim. Qarşıda hələ 5 tur var. Maksimum nəticə göstərsək, çempionatdan da Avroliqaya yollana bilərik.

- Lakin çempionatda vəziyyət ürəkaçan deyil. Demək olar ki, “Neftçi” artıq bütün ümidini kuboka bağlayıb?

- Belə baxanda, ümidimiz kubokdadır. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq.

- Ardıcıl 3 dəfə “Qəbələ” ilə qarşılaşacaqsınız. 8 gün ərzində 3 dəfə eyni rəqiblə qarşılaşmaq çətin olmayacaq ki?

- Çətin deyil. Normal haldı. Əvvəlcə kubokun ilk oyununu evdə keçirəcəyik. Daha sonra isə “Qəbələ” ilə səfərdə 2 oyuna çıxacağıq.

- Ola bilər ki, “Neftçi” çempionatdakı oyunda “Qəbələ”yə qarşı ciddi müqavimət göstərməyib, gücünü kuboka saxlasın?

- Yox. Biz bütün oyunlara qələbə üçün çıxırıq. Fərqi yoxdur, kubok oyunudur, ya çempionat.

- “Zirə” ilə görüşdə qələbə qazanmağınız üçün nə çatışmadı?

- Üstün olsaq da, yaxaladığımız imkanları boşa verdik. Ümid edirəm ki, “Qəbələ” ilə oyunlarda şanslarımızdan istifadə edəcəyik.

- Vəli Qasımovun gəlişindən sonra sanki əvvəlki kimi oynaya bilmirsən...

- Millinin heyətində toplanışa gedəndə sağlamlığımda problem var idi. 10-15 gün oynamadım. Bu da özünü göstərir. Ona görə də hazırda ideal formada deyiləm.

- Oyun praktikasının yoxluğundan əziyyət çəkirsən?

- Praktika deməzdiım. Sadəcə meydana çıxmağa hazır deyildım. “Zirə” ilə oyunda Vəli Qasımov mənə şans verdi, güvəndiyini dedi. Mən də meydana çıxıb, komandamın uğuru üçün əlimdən gələni etdim.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31