25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”nin məşqçisi: “Çətinliklə qalib gəldiyimizi deməzdim”

“Qəbələ”nin məşqçisi Mixaylov Savka Premyer Liqanın XXXI turunda “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışıb. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis minimal hesablı qələbəni belə şərh edib: “Çətinliklə qalib gəldiyimizi deməzdim. Birinci hissədə xeyli qol şansımız olsa da, dəyərləndirə bilmədik. Halbuki həmin şanslardan yararlansaydıq, qalan dəqiqələrdə işimiz daha asan olacaqdı. Heç bir oyun asan keçmir. Bu gün hər komandanın xala ehtiyacı var. Mövsümün sonudur. Ona görə də hazırda hansısa komandanın asanlıqla təsil olacağını gözləmək olmaz”.

Roman Qriqorçukun köməkçisi Aleksey Antonovun çıxışından razı qaldığını qeyd edib: “Antonov yaxşı oynadı. Hücumçu qol epizodları yaxalayırsa, deməli işinin öhdəsindən gəlir. Yaxaladığı epizodları dəyərləndirə bilməməsinin bəxtsizliklə əlaqələndirərdim (CBC-Sport). 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30