28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Böyükağa Hacıyev: "Neftçi" ilə bağlı danışmaq istəmirəm”

“Heç vaxt ad günü keçirmirəm. Niyə? Çünki bu gün ad günü keçirirəmsə, sabah nəsə xoşagəlməz hadisə baş verir". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında aprelin 20-də 58 yaşı tamamlanmış AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Ad gününü ailəsi ilə birgə qeyd etdiyini bildirən B.Hacıyev buna baxmayaraq təbriklərin, hədiyyələrin çox olduğunu vurğulayıb. O, Məşqçilər Komitəsi üzvləri ilə birgə sonuncu - Mingəçevir səfərində iştirak etməməsini də ad günü ilə əlaqələndirib: "Həddən çox təbriklər, hədiyyələr gəlir. Ancaq heç kimi dəvət etmirəm. Mingəçevirə ad günümlə bağlı getmədim. Bundan başqa həmişə səfərlərdə üzvlərlə bir yerdə oluram".

"Neftçi" ilə Avropa Liqasının qrup mərhələsinə yüklənən və dəfələrlə ölkə daxilində çempionluq qazanan 58 yaşlı mütəxəssis hələ baş məşqçiliklə bağlı təkliflərin olmadığını deyib və sabiq komandası haqda danışmaq istəməyib: "Yaşıl meydanlar üçün darıxmışam. Təkliflər olsa, bu gündən sonra olar. Çünki bir aydan sonra çempionat başa çatır. Təklif gəlsə, əvvəlcə onu dəyərləndirmək lazımdır. Daha sonra oturub söhbət etməliyik. Ortaq məxrəcə gəlsək, işləyərəm. Əvvəl demişdim, yenə təkrar edirəm: "Neftçi" Avropa Liqasına vəsiqə qazandı, daha sonra iki komanda bu uğura imza atdı. Kim zəmanət verə bilər ki, bundan sonra 4 komandamızın hamısı qrup mərhələsinə yüksəlməyəcək? Ümumilikdə isə "Neftçi" ilə bağlı danışmaq istəmirəm. Bu mövzuda suallarınızı Vəli Qasımov və Elnur Məmmədova ünvanlasanız, daha yaxşı olar. Bir şeyi deyə bilərəm ki, mənim vaxtımdakı "Neftçi" ilə indiki "Neftçi" arasındakı fərq çox böyükdür".

Qeyd edək ki, Böyükağa Hacıyev 2011-ci ildən "Neftçi"də çalışıb. O, paytaxt klubu ilə 2 dəfə ölkə çempionatının (2011/2012, 2012/2013) qızıl medalına və eyni sayda Azərbaycan Kubokuna (2012/2013, 2013/2014) sahib çıxaraq, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31