29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“TOP-TOP”un növbəti buraxılışı

Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" aprelin 19-da növbəti dəfə efirə gedib. Aparıcı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar PRO kateqoriyalı mütəxəssis Arif Əsədov, "Əlincə" FK-nın U-13 komandasının baş məşqçisi Cəfər Hüseynov və idman yazarı Amal Abışov olub. Verilişdə Bakıda keçiriləcək 17 yaşlıların Avropa Çempionatı müzakirə olunub. Bu mötəbər turnirdə yığmamızın şanslarını dəyərləndirən qonaqlar, təbliğat tədbirləri, rəqiblər haqqında söhbət edib. Studiyada legioner futbolçuların  yığmamıza cəlb edilməsi mövzusu ətrafında maraqlı fikirlər səslənib. 

Qeyd edək ki, "TOP-TOP" proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da "MYVİDEO" kanalında canlı yayımda efirə gedir. "MYVİDEO" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31